"Qəbələ" rəhbərliyi ilə görüşdən sonra başa düşdüm ki..."

20.12.2014 | 3857 dəfə oxunub

"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk Ukraynanıın "Futbol+" telekanalına müsahibəsi: 

Artıq "Qəbələ" ilə müqavilə bağlamısınız?
- Bəli. İlyarımlıq müqavilə imzaladıq.

Azərbaycan klubunu seçməyinizə nə səbəb oldu?
- Bu, mənə maraqlı gəldi. "Qəbələ" rəhbərliyi ilə görüşdən sonra başa düşdüm ki, bunlar ciddi və iddialı insanlardır. Onlar böyük uğurlar qazanmaq istəyirlər. Bu yolda çoxlu işlər görüblər və indi də davam etdirirlər. Bu şəxslərlə söhbətdən sonra məndə çox yaxşı təəssürat yarandı. Məhz bu görüşdən sonra seçimimi "Qəbələ"nin lehinə etməli oldum.

Təklif üzərində çox düşündünüz?
- Bizim hələ yayda da əlaqəmiz olmuşdu. Ona görə də münasibətimiz yaxşı idi. Bu dəfə isə təklif gələndə Azərbaycana getməyə, yerində danışıb, şəraitlə tanış olmağa qərar verdim.

Köməkçiləriniz kimlər olacaq?
- "Çernomorets"dəki məşqçilər heyəti tam olaraq Azərbaycana gələcək.

Hansı mövqeləri gücləndirmək istəyirsiz? Artıq konkret adlar var?
- Güclənmək hər bir komandaya lazımdır. Konkret mövqelər və adlar açıqlamaq istəmirəm. Çünki dekabrın 21-də "Qəbələ"nin daha bir çempionat oyunu var.

"Çernomorets"dən kimisə "Qəbələ"yə aparmaq istəyərdiniz?
- Bəli. Düzünü demək lazımdırsa, bu komandadan "Qəbələ"yə gətirmək istədiyim oyunçular var.

Ukraynanın digər klublarından da təkliflər vardı?
- Artıq bütün bunlar geridə qalıb. Ona görə də bu barədə danışmaqda məna görmürəm.

"Qəbələ"nin qarşısında hansı hədəflər durur?
- Əlbəttə, komanda liderlər qrupunda olmaq və mütləq avrokuboklarda oynamaq istəyir. Bütün bunlar mənim də iddialarımla üst-üstə düşür. Əlimdən gələn hər şeyi etmək istəyirəm ki, yüksək səviyyəyə qalxaq, avrokuboklarda uğur qazanaq, hədəflərimizi daha da yüksəldək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail