Tuyqun Nadirov: “Limitin dəyişdirilməsini müzakirə edəcəyik”

10.02.2015 | 4989 dəfə oxunub

AFFA Klublar Komitəsinin sədri və "Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi:

- Arxada qalan müddətdə Klublar Komitəsi hansı işləri görüb?

- Artıq üç iclasımız olub bə burada klubların aktivliyi müşahidə olunur. Çoxlu təkliflər və yaxşı ideyalar var. Müxtəlif məsələlər barədə müzakirələr aparılır və bu da öz faydasın verir. Mənu bu komitəyə rəhbər seçdilər və çalışıram ki, ümidləri doğruldum. Əsas məsələlərdən biri klubların nədən gəlir əldə edə bilməsi, marketinq sahəsi barədə müzakirə edilir, təkliflər dəyərləndirilir. Bilirsiz, "Bakı”da müəyyən problemlər vardı, Klublar Komitəsi bir araya gələrək bu komandaya dəstək oldu. Söz verildi ki, "Bakı”dan heç bir klub futbolçu qoparmayacaq. Ala bilərlər, bir şərtlə ki, klubun istəyi və tam razılığı olsun. Futbolumuzun inkişafı naminə həmrəylik olmalıdır. Çempionatın səviyyəsi yüksəlir, "Qarabağ”ın Avroliqada göstərdiyi nəticə göz qabağındadır. Yoldaşlarla görəcəyimiz işlər də çempionatının yüksəlişinə xidmət edəcək.

- Son iclasda yerli futbolçuların qiymətlərinin yüksək olmasına toxunulub və burada qiymət artımının qarşısının alınmasıyla bağlı müzakirə olub...

- "Bakı”, "İnter”, AZAL kimi klublar çox aktivdirlər. Verilən təkliflər marağa səbəb olursa, o zaman müzakirəyə çıxarılır. Bu təklif olub, amma o demək deyil ki, futbolçuların pulu kəsiləcək. Sadəcə olaraq müzakirə edildi ki, futbolçuların səviyyəsinə uyğun qiymətlər olsun. Süni qiymət artımına yol verilməsin. Bəzi məsələlər müzakirə olunur, bəziləri də 

təklif mərhələsindədir. Ən vacib məsələlər isə AFFA İcraiyyə Komitəsinə təqdim olunacaq.

- Növbəti iclas nə vaxt olacaq?

- Yəqin ki, yaxın bir ay ərzində olacaq.

- Gündəmdə vacib nələr var?

- Düşünürəm ki, müzakirə etdiyimiz bütün məsələlər ictimaiyyətin marağındadır. Burada müzakirə olunacaq məsələləri də açıqlamaq doğru deyil. Bəzi klublar legioner limitinin dəyişdirilməsini, bəziləri isə bunun əksin tələb edir. Azarkeşlərin stadiona necə cəlb olunması da müzakirə olunacaq.

- Legioner limitinin artırılması məsələsi gözlənilirmi?

- Bununla bağlı müzakirə olacaq və klublar növbəti iclasa yekun qərarla gələcək. Çünki klublar da bu məsələni daxildə 

müzakirə etməlidir. Bundan sonra səs çoxluğu olacağı halda, bu məsələ İcraiyyə Komitəsinə göndəriləcək. Bir məsələ də təklif edilib ki, ilk "18”də mütələq iki klub yetirməsi olsun.

- Klublar Komitəsinin yarandığı gündən bir məsələ müzakirə olunur ki, AFFA bununla PFL-in səlahiyyətlərin azaldır...

- Bu, sağlam düşüncəli fikir deyil. PFL də AFFA-nın bayrağı altında fəaliyyət göstərir. PFL Azərbaycan çempionatın keçirir və işləri də göz qabağındadır. PFL-in işi başqa, Klublar Komitəsinin işi isə başqadır. Əgər Klublar Komitəsi bir araya gəlib özlərinə gəlir mənbəyi axtarırlarsa, legioner limitin müzakirə edirlərsə bu, tamamilə başq abir şeydir. Bunların PFL-lə nə əlaqəsi var axı?!

- Klublar Komitəsinin PFL-lə bir bağlılığı var?

- Heç bir bağlılığı yoxdur. Növbəti iclaslarımızın birində PFL prezidenti Ramin Musayev də dəvət olunacaq. Son iclasımızda isə AFFA-nın baş katibi Elxan Məmmədovu dəvət etmişdik. Sağ olsun, vaxtının azlığına baxmayaraq gəldi və iclasımızda iştirak etdi. Bəzi məsələlər barədə baş katibə suallarımız vardı və o da gəldi, bütün suallarımıza cavab 

verdi. Öz təkliflərini də səsləndirdi. Nə lazımdırsa, bir yerdə bu işləri görəcəyik. Bəzi insanlar, elə cə də jurnalistlər narahatlıq keçirirlər ki, Klublar Komitəsinin fəaliyyəti yaxşı deyil. Bunlar gərəksizdir.

- Siz "Xəzər Lənkəran”ın vitse-prezidentisiz. Klubun hazırkı durumu barədə nə deyə bilərsiz?

- Komandanın son oyunlarına baxanda ümid var. Səfərdə "Simurq”a 2, evdə isə "İnter”ə 1 cavabsız qolla uduzmuşuq. Bu komandaların da gücü göz qabağındadı. Hazırda "Xəzər Lənkəran”dan yüksək nəticələr 

tələb etmək düzgün deyil. Komandanın müdafiə xəttinin 3 aparıcı futbolçusu zədədən əziyyət çəkir. Bu da nəticəyə və oyuna təsir etdi. Biz də konkret nəticə tələb edə bilmərik. Sadəcə azarkeşlərimiz gənclərdən ibarət bu komandaya dəstək olmalıdırlar. Sevindirici haldır ki, 2005-ci ilin fevral ayından fəaliyyət göstərən "Xəzər Lənkəran”ın akademiyasının yetişdirdiyi futbolçular indi müxtəlif yaş qruplu milli komandalarda çıxış edirlər. Eləcə də komandanın əsas heyətində oynayırlar. Biz bu komandanın perespektivin görürük.

- Gələn mövsümdən komanda daha da iddialı ola bilər?

- Bizim atdığımız addım da elə buna hesablanıb. İndiki gənclərlə komandamız gələn mövsüm daha da iddialı olacaq. Məşqçilərimiz istəsə komanda daha da güclənəcək. İndi də komandada bir neçə aparıcı legionerimiz var. Bundan əvvəlki heyətimiz də səfərdə "Simurq”la oynamışdı və 3:1 hesabıyla uduzmuşdu, indiki gənc komanda isə 2:0 uduzur. Hesab arasında heç bir fərq yoxdu. Amma o oyuna da baxaq, bu oyuna da. İndi komand daha əzmkar çıxış edir. "Xəzər Lənkəran” çox böyük bir addım atdı. Mən düşünürəm ki, hələ çox klublarımız belə addım atacaq.

- Düşünmürsüz ki, gecikmiş qərardır? İllər öncə bu addım atılmalı idi?

- Ola bilər. Klubun fəxri prezidenti və prezidenti var. Onların qərarı əsasında işlər görülür. Biz isə bunları lazımi  qaydada icra etməliyik. Əsas odur komandada ağlam mühit olsun. Sağlam komanda olandan sonra nəticə əldə etmək də asan olacaq. (goal.az)

Ümid



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail