Ruslan: "Razılaşmanın müddəti uzanacaq"

04.03.2015 | 5458 dəfə oxunub

"Neftçi"-nın futbolçusu, icarə əsasında Xorvatiya "Hayduk”unda çıxış edən Ruslan Qurbanov Bakı klubun rəsmi saytına müsahibəsin təqdim edirik:

- Ruslan "Neftçi" azarkeşləri, futbolsevərlərimiz daim səninlə maraqlanır. Xorvatiyada, yeni komandanda özünü necə hiss edirsən?

- Əvvəlcə "Neftçi" azarkeşlərini buradan salamlayıram. Çox sağolsunlar ki, xatırlayırlar, unutmurlar. Burada yeni olsam da demək olar ki, mühitə öyrəşmişəm. Komandamızda əla ab-hava var. Artıq bir çox futbolçularla dostlaşmışam. Xüsusən də Artyom Milevski ilə əla münasibətimiz var.

- Yəqin ki, ilk oyuna çıxacağın günü səbrsizliklə gözləyirsən.

- Bura ehtiyyatda oturmağa gəlməmişəm. İstəyirəm ki, özümü sübut edim. "Neftçi" rəhbərliyi "Hayduk"a keçidim üçün hər cür köməklik göstərdi. İndi qalır bu etimadı doğrultmaq. Sabah Xorvatiya kuboku uğrunda oyunumuz var. 1/4 final mərhələsində cavab matçına çıxacağıq. Rəqibimiz "Vinoqradar" klubudur. Bu qarşılaşmada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam. Məqsədim komandanın heyətində möhkəmlənməkdir.

 "Hayduk” klubunda neçə nömrəli futbolka ilə oynayacaqsan?

- Əslində mən "Neftçi"də olduğu kimi 23 nömrəli futbolkanı istəyirdim. Amma mənə dedilər ki, istəsəm 7 nömrəli futbolkanı da götürə bilərəm. Hələ uşaq vaxtından bu nömrəli futbolka çox xoşuma gəlirdi. Ona görə də 7-ni seçdim.

- Komandanın hədəfləri barədə danışardın.

- Çempionatda hazırda 4-cü yerdəyik. Məqsədimiz avrokuboklara vəsiqəni təmin etməkdir. Ölkə kubokunda isə yalnız qələbə və maksimum nəticə üçün mübarizə aparırıq.

Orada oyunlara azarkeş marağı nə səviyyədədir?

- Burada futbolu çox sevirlər. İnsanların futbola böyük marağı var. Ötən tur komandamızın ev oyununa çoxlu azarkeş gəlmişdi. Belə bir şəraitdə oynamaq futbolçu üçün də çox xoşdur. İstəyirəm ki, mən də öz oyunumla azarkeşlərin sevimlisinə çevrilim.

İcarə müddəti mövsümün sonunda bitir...

- Düzdü müqaviləm mövsümün sonuna kimidir. Əgər bu müddətdə istədiyim oyunu nümayiş etdirə bilsəm razılaşmanın müddəti uzanacaq. İstəyirəm ki, Azərbaycanı və "Neftçi"ni burada layiqincə təmsil edim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail