Fariz Nəcəfov: "İnanıram ki, hakim ədalətli qərar qəbul edib"

03.05.2015 | 4371 dəfə oxunub

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Qarabağ”la oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib. Stadium.az bu müsahibəni təqdim edir: 

- Oyun haqda nə deyə bilərsiniz?

- Çox maraqlı oyun izlədik. “Qarabağ” qələbə qazanıb, çempionluğunu rəsmiləşdirmək istəyirdi. Biz isə bürünc medallar uğrunda mübarizə aparırıq. Artıq stadiona azarkeşlərimizi yığmışıq. Bundan sonra onları itirmək istəmirik. Maraqlı qarşılaşma izlədik. Komandamız baxımlı oyun nümayiş etdirdi. Çox bəyəndim.

- Komandanız bərabərlik qolunu penaltidən vurdu. Sizcə, hakim düzgün qərar qəbul etmişdi?

- Təkrara televizorda baxdım. Qayda pozuntusu olduğu görünürdü. Amma mən bu sahənin mütəxəssisi deyiləm. İnanıram ki, hakim ədalətli qərar qəbul edib.

- Azarkeşlər “Qəbələ”dən ciddi uğurlar gözləyirlər. Nəticə üçün hansı addımlar atılmalıdı?

- Nəticə qazanmaq üçün başımın tükünü tökmüşəm (gülür). Futbol azarkeşlər üçündü. Məşqçimizi də tapmışıq. Komandada uğur qazanmaq üçün hər şey var. İndi Avropada uğur qazanmaq istəyirik. Qalıb nəticə. İnanıram ki, o da olacaq.

- Son 8 turda qələbə qazanmışdınız. Bu uğurlu seriya futbolçulara təzyiq yaratmışdımı?

- Üçüncü yer uğrunda mübarizə aparmağımız sözünü deyir. Futbolçulara təzyiqin olduğunu deyə bilmərəm. Amma hamımız mövsümü medalla başa vurmağı istəyirik.

- Uğursuz oyunlar zamanı ümidsizliyə qapılmamışdınız?

- Səmimi deyirəm ki, yox. Çünki baş məşqçiyə çox inanırıq. Hər gün onun iş rejimini görürəm. Çəkdiyi əziyyət göz qabağındadı. Biz artıq strategiyamızı müəyyənləşdirmişik. Hələ ciddi uğurlar qazanmasaq da, düz yolda olduğumuzu bilirəm.

- Avropa Liqasında çıxış edəcəyiniz dəqiqləşib. Qitə miqyaslı yarışlarda məqsədiniz nə olacaq?

- Nə qədər bacarırıqsa, irəli getməliyik. Keçən il komandanın hansı səviyyədə olduğunu hamımız bilirdik. Syomin getdi, komanda dağıldı. İndi isə vəziyyət fərqlidi.

- Yeni transferlər olacaqmı?

- Bununla bağlı baş məşqçi ilə söhbətimiz olub. Onun xidmətində maraqlı olduğu futbolçular var. Bu istiqamətdə işlər görülür.

- Əksər klublarımızda maliyyə böhranı yaranıb. Bu baxımdan “Qəbələ”də vəziyyət necədi?

- Bu baxımdan hansısa problemimiz yoxdu. Hər şey göz qabağındadı. Komanda oynayırsa, deməli, işlər qaydasındadı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail