Rauf Əliyev: "Mövsüm bitdikdən sonra müəyyən dəyişikliklər olacaq"

03.05.2015 | 4432 dəfə oxunub

“Neftçi”nin hücumçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Sumqayıt”la (2:2) keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Birinci hissədə niyə bu qədər zəif təsir bağışladınız?

- Konkret deyə bilməyəcəm. Amma fasilədən sonra, həqiqətən də, yaxşı oynadıq. Bunun nəticəsində hesabı bərabərləşdirdik. Üstəlik, 10 nəfərlə oynamağımıza baxmayaraq. Oyun elə hal aldı ki, sonda 1 xala sevinməli olduq.

 

- Uzun müddət yaşıl meydanlardan kənarda qaldınız. İndi durumunuz necədi?

- Bir aya yaxın oynamadım. Cəmi 4-5 gün əvvəl məşqlərə başlamışam. Oyun təcrübəsindən əziyyət çəkirəm. Çalışıram formamı bərpa edim.

 

- Azarkeşlər sizin çıxışınızdan çox narazıdılar. Hətta rəhbərliyə də göndərilməyinizlə bağlı müraciət ediblər. Bu haqda məlumatınız varmı?

- Azarkeşlər öz fikirlərini bildirirlər. “Neftçi”yə gəldikdən sonra şanssızlıq yaşadım. Sonda da ağır xəstəlik keçirdim. Bunlar hamısı ard-arda gəldi. Nəticədə az oynadım, komandaya istədiyim kimi kömək edə bilmədim.

 

- Əvvəlki formanızı bərpa etmək, geri dönüş etmək üçün nə lazımdı?

- Geri dönüş deyəndə, hansısa problem yoxdu. Sadəcə, çox oynasam, təcrübəm artacaq, formamı bərp edəcəm. Geri dönüşün hansısa düsturu yoxdu ki...

 

- Son vaxtlar müzakirə olunan məsələlərdən biri də “Neftçi”dən heç kimin yığmaya dəvət edilməməsidi. Millinin əsas üzvlərindən olmusunuz. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Nə bilim, baş məşqçinin seçiminə şərh vermək istəmirəm. İndi əsas işim formamı bərpa etməkdi. Kimin nə dediyi məni maraqlandırmır.

 

- Bu cür oyunla komanda hara qədər gedəcək?

- Müdafiədə çoxlu səhvlərə yol verdik. Komanda qollar vurur, amma çoxlu top da buraxır. Niyə belə alınır, deyə bilməyəcəm.

 

- Müdafiədə niyə bu qədər səhvlərə yol verirsiniz?

- Çempionatın sonu yaxınlaşır, bəlkə də, buna görə belədi. Düşünürəm ki, mövsüm bitdikdən sonra müəyyən dəyişikliklər olacaq. Amma yarışa ölkə kubokunun final qarşılaşması ilə yekun vuracağıq. Əsas kuboku qazanmaqdı, buna nail olsam, çox suallara aydınlıq gətiriləcək. Həm də öz oyunumu düzəltməliyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail