Erik Ramos: "Bizim üçün çempionat başa çatdı"

09.05.2015 | 3309 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “İnter” – “Neftçi” oyunundan sonra flaqmanın  yarımmüdafiəçisi Erik Ramos jurnalistlərə müsahibə verib. Stadium.az bu müsahibəni təqdim edir: 

- Bu cür məğlubiyyəti gözləyirdinizmi?

- Birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra fərqli qarşılaşma alındı.

- Nə dəyişdi ki, “İnter” daha 3 qol vurub, böyük hesablı qələbə qazandı?

- “Neftçi”ni ikinci qol “sındırdı” . Çox əsəbi oynamağa başladıq. Oyun intizamını itirmişdik, təşkilatçılıq yox idi. “İnter” güclü rəqibdi və yaxaladığı şansları qola çevirməyi bacardı.

 

- Birinci qoldan sonra hakimə etiraz edirdiniz. Bu nə ilə bağlı idi?

- Hakimin fiti topa zərbədən sonra səsləndi. Biz də fiti eşidib, dayandıq. Yəni konsentrasiyamızı itirdik. Bununla bağlı hakimə etirazımızı bildirsək də, heç nə dəyişmədi.

- Son vaxtlar qırmızı vərəqəyə meylli futbolçuların sayı çoxalıb. Səbəbi nədi?

- Çünki meydanda çox əsəbi oluruq. Aqressiv oynayırıq, buna görə də “qırmızı” alırıq. Cəzalanmağımız sərf əsəbi olmağımızla bağlıdı.

- Bu dəfə də ikinci hissədə yenildiniz. Fiziki hazırlığınızın zəifdi. Bəlkə əsəbi olmağınız bununla bağlıdı?

- Elə mövqedə çıxış edirəm ki, orada sarı vərəqə almaq normaldı. Bunun fiziki hazırlıqla bağlılığı yoxdu.

- “Neftçi” üçün çempionatın başa çatdığını demək olarmı?

- Əlbəttə, bizim üçün çempionat başa çatdı. Üçüncü yer üçün mübarizəni davam etdirəcəyik. Amma çətin olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail