Vüqar Nadirov: "Bəxtimin gətirmədiyi epizod da oldu" - MÜSAHİBƏ

17.05.2015 | 3836 dəfə oxunub

Azərbaycan  Premyer Liqasının 33-cü turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci, ümumilikdə isə üçüncü çempionluğunu rəsmiləşdirən Ağdamın "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirovun oyundan sonra jurnalistlərə müsahibəsin təqdim edirik: 

- Qarşılaşma niyə bu qədər çətin alındı?

- “Sumqayıt” yaxşı komandadı. Buna görə çətin alınacağını bilirdik. Onlar da qələbə qazanmaq istəyirdilər. Ancaq 3 xalı biz aktivimizə yazdırdıq.

- Oyun zamanı sizin də fərqlənməyiniz üçün imkanınız oldu. Amma “çərçivəyə” düşə bilmədiniz...

- Futbolda belə şeylər çox olur. Rəqib qapıçı da yaxşı oynadı. Bir neçə epizodda komandasını qoldan xilas etdi. Bəxtimin gətirmədiyi epizod da oldu.

- Ancaq matçın əhəmiyyətini nəzərə alsaq, bu cür dueldə fərqlənmək vacib idi...

- Bilirəm, vacib olan “Qarabağ”ın qələbə qazanmağı idi. Kimin qol vurmağının fərqi yoxdu. Çünki biz komanda şəklində çıxış edirik. Əlbəttə, həmin şanslardan istifadə etsəydim, yaxşı olardı. Ancaq alınmayanda, alınmır. Əvəzində Leroy lazım olan qolu vurdu.

- Matç başa çatdıqdan sonra 1-2 dəqiqə meydançada gözləməli oldunuz. Həmin vaxt nə düşünürdüz?

- Həyəcanlı idik. Bilirdik ki, hər şey ola bilər. Futbolun marağı da bundadı.

- Bugünkü uğura görə “Qəbələ”yə təşəkkür düşürmü?

- Digər oyunda “Qəbələ” sübut etdi ki, hər bir rəqibə qalib gələ bilər. Həm də onlar özləri üçün oynadılar. Çünki “Qəbələ” mövsümü üçüncü pillədə başa vurmaq istəyir. Onlar özlərini daha çox fikirləşirdilər.

- Həmin oyunda istədiyiniz nəticə qeydə alınmasaydı, bu psixoloji basqı yarada bilərdimi?

- Biz “Qəbələ” – “İnter” oyununu düşünmürdük. Çünki həmin matç haqda fikirləşsəydik, öz oyunumuzda lazım olan nəticəni qazana bilməyəcəkdik. Təzyiqə gəldikdə, bu oyunöncəsi də həmin təzyiqi hiss edirdik. “İnter”in bizə çatmaq ehtimalı var idi.

- “İnter”lə oyununuzun əhəmiyyəti qalırmı?

- Biz həmin oyuna elə çıxacağıq ki, sanki çempion deyilik. Elə biləcəyik ki, final qarşılaşmasına çıxırıq. Oyunumuzla çempionluğa layiq olduğumuzu sübut edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail