Reynaldo: " Bu da istər-istəməz çətinlik yaradır"

17.05.2015 | 3527 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində “Sumqayıt”ı qəbul edən “Qarabağ” 1:0 hesabıqla qalib gələrək çempionluğun rəsmiləşdirdi. Stadium.az oyundan sonra Ağdam klubunun braziliyalı hücumçusu Reynaldonun jurnalistlərə müsahibəsin təqdim edir: 

- Əvvəlcə oyunla bağlı fikrinizi bildirərdiniz...

- Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Komandamızın uğur qazanması üçün əlimizdən gələni etməyə çalışırdıq. “Qəbələ” – “İnter” matçının nəticəsi də bizim üçün əlavə şans oldu.

- Ancaq asan qələbə qazandığınızı iddia etmək olmaz. Oyun niyə bu qədər çətin keçdi?

- Çünki bütün komandalar “Qarabağ”a qarşı yaxşı oynamağa çalışırlar. Bu da istər-istəməz çətinlik yaradır. Oyun ərzində bütün mövqeləri bağlamağa çalışırlar. Belə deyək, imkanlarından maksimum yararlanmağa çalışırlar.

- Sona 2 tur qalmış çempion oldunuz. Azərbaycanda ardıcıl ikinci dəfə bu sevinci yaşayırsınız. Çempionluğu kimə həsr edirsiniz?

- Bütün komandaya, “Qarabağ”ın azarkeşlərinə və təbii ki, ailəmə həsr edirəm.

- Yenidən Çempionlar Liqasında çıxış edəcəksiniz. Azarkeşləri düşündürən məqam da budu, “Qarabağ” bu oyunla qitə miqyaslı yarışda nəyə nail olacaq?

- Bu haqda indi danışa bilməyəcəm. Çünki bu durumda deyiləm. Oyun indicə başa çatdı, çempionluğumuzu qeyd edirik. Ən azı ötən mövsüm etdiklərimizi təkrarlamağa çalışacağıq.

- Çempionat sizin üçün başa çatdı. Bəs kubokun finalı ilə bağlı nə düşünürsünüz?

- Hər oyunun öz ab-havası, taleyi var. “Neftçi” güclü, iddialı komandadı. Onlarla oyunumuz çətin olacaq. “Qarabağ” kuboku da qazanmaq iddiasındadı.

- Çempionluğu erkən bayram etməyinizdə “Qəbələ”nin rolu da danılmazdı. Onlara sözünüz varmı?

- “Qəbələ” bizi məğlub etdikdən sonra yüksəlişdədi. Komanda ardıcıl qələbələr qazandı. Biz də onları təbrik edirik, qarşıdakı oyunlarda uğurlar arzulayırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail