Əmrah Çəlikəl: "Qızıl dubl" haqda indidən danışmaq tezdir"

18.05.2015 | 4443 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sumqayıt”a qalib gələrək (1:0) çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl oyundan sonra jurnalistlrin suallarını cavablandırıb. Stadium.az bu müsahibəni təqdim edir: 

- Komandanız tarixində 3-cü dəfə Azərbaycan çempionu oldu. Hansı hissləri keçirirsiniz?

- Çempionluq gözəl duyğudur. Sevinirik ki, əziyyətimiz hədər getmədi. Biz çempionluğu  çox istədik və bunun üçün xeyli işlədik. Başda Qurban Qurbanov olmaqla bütün komandamızı təbrik edirəm. 

- "Qızıl dubl" haqda düşünürsünüz? 

- "Qızıl dubl" haqda indidən danışmaq tezdir. Sadəcə, kubokun finalında sübut etməliyik ki, bu uğur təsadüfi deyil. Bunun üçün çalışmağımız lazımdır. Mən "Qarabağ"ı ürəkdən dəstəkləyən hər kəsə təşəkkürümü bildirir, təbriklərimi çatdırıram. 

- Paralel oynanılan "Qəbələ" - "İnter" qarşılaşmasını da izləyirdiniz? 

- Əlbəttə, çox böyük həyəcan yaşadıq. Həqiqətən də bu gün yaşadığım həyəcanı ötən il yaşamamışdım. Bir gözümüz Qəbələdə, biri də oyunda idi. Bilmirdik ki, hansı matçı izləyək. Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm. 

- Çempionluqdan sonra komandanızda “Neftçi” ilə kubokun final matçında hardasa rahatlıq yarana bilər...

- Bizim komandamızda böyük nizam-intizam, böyük sistem var. Baş məşqçimizə bağlılıq var. Bu bağlılıq həm rəhbərlik, həm də futbolçular tərəfindəndir. İnanıram ki, bu da öz bəhrəsini verəcək və "Neftçi" ilə oyunda nəticəsini görəcəyik. Bu gün kubok oyunu haqda danışsam, böyük səhvə yol vermiş olaram. Çünki biz bu gün çempion olmuşuq, hamımız cox xoşbəxtik. Sabahdan isə kubokun final oyunu üçün hazırlaşan komanda olacağıq. Həmin oyundan sonra həm kubokun, həm də çempionatın lideri olduğumuzu sübut edib, qələbəmizi qeyd etməliyik. 

Bu il "Qarabağ"dan gözləntilər daha da artacaq. Hamı avrokuboklarda ən azı ötənilki uğurunuzu təkrarlamağınızı istəyəcək.

- Biz bunu dərk edirik. Əlbəttə, uğurlarımızı təkrarlayıb daha da irəli getmək bizim ən böyük istəyimizdir. Bunun üçün baş uğurlu transferlər etməyə və komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Məqsədimiz bizdən gözləniləni artıqlaması ilə verməkdir. 

- Bütün futbolçular deyir ki, keçənilki çempionluq daha şirin idi. Ancaq siz bu il daha çox həyəcanlandığınızı dediniz.

- Ötən 21 illik fasilədən sonra gələn çempionluq idi. Futbolçular isə “Qarabağ”da ilk çempionluğunu yaşayırdılar. Hər şeyin birincisinin dadı başqadır. Necə deyərlər o, bizim səkkiz illik əməyimizin bəhrəsi idi. Biz həmişə deyirdik ki, cəmi bir dəfə çempionluqla kifayətlənmək istəmirik. Biz elə bir komanda yaratmaq istəyirik ki, həmişə çempion olsun. Bu il Qurban Qurbanov düzgün yolda olduğumuzu sübut etdi. Ona inanmaqla düzgün qərar vermişik. Bugünkü uğurumuzda əsas pay sahibi  Qurban müəllim və onun komandasıdır. Mən onları ürəkdən təbrik edir, bağrıma basıram.  Kubokun finalında da biz layiqli oyunla layiqli nəticə qazanıb, avrokuboklarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edəcəyik.

- “Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Bununla bağlı komandada hansısa tədbirlər görülür? Transferlərlə bağlı işlərə başlamısınız? 

- Bizdə həmişə iş gedir. Ən cətin məqamda da gələcəyə dair işlərimizi buraxmırıq. Ancaq bunun mətbuata sızan və sızmayan hissəsi var. Qurban müəllim çox işləyən, işini sevən insandır. Ancaq biz bunu bəlli bir proqrama daxil etməliyik. Bu gün çempion olmaq istəyən yerdə transferlərimizdən danışmamalıyıq. Ancaq bu o demək deyil ki, transferlərlə bağlı iş getmir.Artıq çempionuq və Çempionlar liqasında daha yaxşı mübarizə aparmaq üçün maraqlandığımız futbolçular var. Son qərar Qurban Qurbanovundur. Onun istədiyi futbolçuları heyətimizə qatmağa çalışacağıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail