Buffon "Barselona"dan qorxur - MÜSAHİBƏ

02.06.2015 | 2771 dəfə oxunub

"Yuventus"un təcrübəli qolkiperi Canluici Buffon 2003-cü ildən sonra övbəti dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağa çalışacaq. İtaliyalı qapıçı 2006-cı ildə dünya çempionu adını qazandığı "Olimpiastadion"da bu arzunu reallaşdırmağa cəhd edəcək. Stadium.az xəbər verir ki, Buffon qarşıdakı final oyunu haqqında bir neçə sualı cavablandırıb.

-"Real"ı mübarizədən kənarlaşdırmaqla Çempionlar Liqasının finalına vəsiqə qazandınız. Hansı hissləri keçirirdiniz?
-Karyeram ərzində bir neçə dəfə yaşadığım xoşbəxtlik hiss etdim. Çünki favorit göstərilmədiyin halda daha güclü komandanı məğlub edib növbəti mərhələyə çıxmaq əməyin bəhrəsidir.

- 2006 -ci il dünya çempionatının finalında Fransa millisinə qalib gələn İtaliya kuboku başı üzərinə qaldırdı. Həmin finalın keçirildiyi Berlinin "Olimpiastadion" arenasına yenidən qayıdacaqsınız...
- Həmin vaxtdan 9 il keçir. Özümə maraqlıdır, görəsən, həvəs və hisslərim 2006 mundialının finalındakı kimi olacaq?Amma, fikrimcə, elə də böyük fərq olmaz.

- Massimliano Alleqri barədə nə düşünürsünüz?
- Məni ən çox təsirləndirən onun heyəti qurması, texniki, psixoloji cəhətdən komanda və futbolçuları ruhlandırmaq bacarığıdır. Bunu etməklə Alleqri "Juventus"a yaxşı uyğunlaşdığını göstərdi. Üstəlik ounu taktiki biliyi də dərindir. İllərlə eyni sistemdə oynayandan sonra, Alleqri alternativ sistemlər qurmaqla daha yaxşı çıxış etməyimizə şərait yaratdı. Bununla yanaşı, o, oyun sxemini tamamilə dəyişməyə də cəhd etmədi. Çünki bəzi oyunlarda və vəziyyətlərdə həmin sistemə qayıdırıq. Düşünürəm ki, ən böyük nailiyyət budur. O, kluba gəlib hər şeyi dəyişməyə səy göstərmədi. Situasiya və ehtiyaca görə tədricən dəyişikliklər baş verdi.

- Turnirin finalında rəqb "Barselona"dır.
- "Real"ı keçmək şanslarımız 35% idisə, "Barselona"nı məğlub edib çempion olmaq imkanımız daha azdır. Bundan xəbərdarıq və aşkar şeyi inkar edəsi deyilik. Qazandıqları uğura və futbolçularına görə "Barcelona"ya dərin hörmətimiz var. Amma "Real"la olduğu kimi, final matçında da mübarizə aparmaq üçün bir neçə silahımız olacaq. Katalon klubunun işini çətinləşdirməyə çalışacağıq. Bunun əsasında oynayacağıq.

- Final oyunu sizin üçün nə məna daşıyır?
- Şəxsən mənim üçün ən böyük hədəfdir. Uzun karyeram var. Bu illər ərzində vacib və çətin qərarlar qəbul etməli olmuşam. Bu qərarları hisslərimə və həyat tərzimə əsaslanaraq vermişəm. Deməliyəm ki, 9-10 ildən sonra yenidən Berlinə gəlib final oynamaq asan deyil. Bu xüsusi bir hissdir.

- Karlos Tevez haqqında nə demək olar?
- Tevez daha öncə diqqəti cəlb etməyə futbolçu idi. Amma son 2 mövsümdə Tevez bizim üçün əsl sürpriz oldu. O, dərhal komandaya və oyun üslübüna uyğunlaşa bildi. İtaliya futbolu İngiltərədən fərqlidir. Lakin Karlos tezliklə ondan nə tələb olunduğunu anladı. İndi komandaya necə kömək edəcəyini gözəl bilir. Onu tanıdığım və bir komanda yoldaşı olduğumuz üçün şadam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail