Roman Qriqorçuk: "Yolumuz ağır olacaq" - MÜSAHİBƏ

19.06.2015 | 3152 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsini təqdim edirik:

- Yeni mövsümə hazırlıq necə gedir?
- Həmişə yaxşı olmasını istəyirəm. Amma təəssüflənəsi də bir şey yoxdur. Məşq etmək üçün yaxşı şəraitimiz var. Bizimlə xeyli gənc futbolçu da hazırlıq keçir. Bu üzdən bəzi milli üzvlərinə istirahət vermişik.

- İki zəif komanda ilə yoxlama oyunu keçirmisiniz. Niyə daha güclü rəqib seçmədiniz?
- Hazırda bizə güclü rəqiblə qarşılaşmaq vacib deyil. Həm də iyun ayında güclü komanda tapmaq asan deyil. Bütün komandalar istirahətdədir.

- Daha kimlərlə qarşılaşmağı planlaşdırırsınız?
- İyunun 25-də daha bir oyunumuz olacaq. Amma hansı komanda ilə qarşılaşacağımız dəqiq deyil.

- Artıq bir neçə transfer etmisiniz. Razısınız?
- Biz transferi etməzdən öncə hər şeyi ciddi şəkildə düşünmüşük.

- Yenə də transfer olacaq?
- Bizə mütləq daha bir neçə oyunçu almaql lazımdır. Yenilərin yerli və ya əcnəbi olmasının mənim üçün prinsipial fərqi yoxdur.

- Viktor Mendinin əvəzində Estoniya yığmasının üzvünü dəvət etmisiniz. Sergey Zenyev onu layiqincə əvəz edə biləcək?
- Biz onu Mendinin əvəzinə gətirdiyimizi deyə bilmərik. Zenyevi cinah hücumçusu mövqeyində görürük. Baxmayaraq ki, hücumun sivri ucunda da oynaya bilər. Mendinin mövqeyinə isə başqa transferimiz olacaq.

- Artıq bir neçə gündən sonra Avropa Liqasındakı rəqibiniz müəyyənləşəcək. Hansı rəqiblərlə düşmək istərdiniz?
- "Qəbələ"nin reytinqini nəzərə alsaq, bizi çox ciddi rəqiblər gözləyir. Yolumuz ağır olacaq. Çünki püşkatmada səpələnməmişlər səbətində yer alacağıq. Növbəti mərhələyə adlamaq çox çətin olacaq. İşimizin asan olması üçün Azərbaycan çempionu olmağımız lazımdır. Amma indiki vəziyyətdə də uğur qazanmağa köklənmişik.

- Hazırkı çatışmazlıqlara baxmayaraq, "Qəbələ" neçə mərhələ keçə bilər?
- Bizə "Vest Hem" də düşə bilər. Ona görə də öncədən nəyisə proqnozlaşdırmaq çox çətindir. Lakin biz Avropada hansı səviyyədə olduğumuzu bilmək istəyirik. Komanda çox dəyişib. Artıq çox az vaxt qalıb. Bu müddətdə çox böyük iş görməliyik ki, tam hazır olaq. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail