Sadıq Sadıqov: "Rövnəq Abdullayev "Neftçi”nin prezidenti olanda bu işin təməli qoyulmuşdu"

19.06.2015 | 3903 dəfə oxunub

"Neftçi” klubunun son prezidenti, hazırda bu klubda Müşahidə Şurasının üzvü və "Neftçi İdman Klubu”nun rəhbəri olan Sadıq Sadıqovun müsahibəsini təqdim edirik:

- Mətbuatda da xəbərlər yer alıb ki, məlum Emil Empenza məsələsinə görə ötən gün "Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib. İclasda nələr müzakirə olundu?

- Bəli, artıq bu barədə mətbuatda xəbərlər yer alıb. Ötən gün "Neftçi”nin Müşahidə Şurasının iclası baş tutdu və məndə bu toplantıya qatıldım. Həmin gün bizim idmançımız, "Neftçi İdman Klubu”nun üzvü Hacı Əliyev Avropa Oyunlarında döşək üzərinə çıxırdı, yarımfinal görüşü idi. Buna görə iki daşın arasında qalmışdım. Ancaq Emil Mpenza məsələsi də çox ciddi işdir. Buna görə də, dərhal "Neftçi”nin Müşahidə Şurasının iclasına qatıldım. Bu məsələlər müzakirə olundu. "Neftçi" PFK və futbolçu bu olayla bağlı 2012-ci ildə FIFA-ya şikayət etmişdi. . Bu müddət ərzində "Neftçi”, FIFA və AFFA arasında müxtəlif məktublaşmalar oldu. Bu məktublaşmaları isə "Neftçi” klubu adından bir futbol mütəxəssisi olaraq vitse-prezident Tahir Süleymanov aparırdı. Buna görə də "Neftçi”nin Müşahidə Şurasının iclasında belə məsləhət oldu ki, toplantıya o da qatılsın. Sağ olsun Müşahidə Şurasının sədri Çingüz Abdullayev və üzvlər, onlr da bunun yaxşı fikir olduğunu bildirdilər. Tahir müəllim də sağ olsun ki, bir zəngə "Neftçi”nin Müşahidə Şurasının iclasına qatıldı. Çox səmimi söhbətlər oldu, fikirlər bildirildi. Tahir müəllim də bildirdi ki, bu proseslərdə iştirak etməyə, köməkliyini göstərməyə 24 saat hazırdı. Bildirdi ki, yaşadığı ünvan da bəllidir, telefonu da açıqdır, hətta lazım gəlsə İsveçrəyə də gedə bilər. "Neftçi”nin Müşahidə Şurasının iclasında belə qərar qəbul olundu ki, CAS-a- Beynəlxalq İdman Arbitiraj Məhkəməsinə müraciət olunsun və bu işlərlə də icraçı direktor Elnur Məmmədov bilavasitə məşğul olsun.

- Mətbuatda yer alan xəbərlərə inansaq, ötən günki iclasda keçmiş vitse-prezident Tahir Süleymanovla hazırkı icraçı direktor Elnur Məmmədov arasında münaqişə yaşanıb. Bu, nə dərəcədə doğrudur?

- Orada heç bir qalmaqaldan söhbət gedə bilməz. Hər kəs sakit tərzdə öz fikirlərini səsləndirdi, fikir mübadiləsi aparıldı. "Neftçi” xalqın komandasıdır. Ümumi futbolumuzun mənafeyi naminə bu məsələ də həll olunmalıdır. Hörmətli yazıçımız Çingüz müəlim də təmkinlə hamını dinlədi, yekunda öz fikirlərini bildirdi. Orada heç bir qalmaqal olmayıb, bundan söhbət gedə bilməz.

- Sadıq müəllim, siz "Neftçi”nin Müşahidə Şurasının bəzi iclaslarında iştirak etməmisiz. Bu isə bəzi söz-söhbətlərə gətirib çıxardıb...

- "Neftçi”nin Müşahidə Şurasının ilk iclaslarına və son toplantısına qatılmışam. İlk öncə klubun icraçı direktoru Elnur Məmmədova təşəkkürümü bildirirəm ki, hər dəfə iclasdan bir neçə gün əvvəl mənə xəbər edir. Hətta bəzən hardasa vacib iclaslarda olanda telefona cavab verə bilmirəm, o isə mesaj yazaraq məni məlumatlandırır. Hər zaman bu barədə öz diqqətini göstərir. "Neftçi”nin Müşahidə Şurasının 2-3 iclasına qatıla bilməmişəm. Bu isə səhətimlə bağlı olub. O vaxt dişimdən əməliyyat olunmuşdum. Və həmin zaman "Neftçi”nin Müşahidə Şurasının sədri Çingüz müəllimi də məlumatlandırmışdım. O da çox sağ olsun, öz diqqətini göstərdi. Özünüz də bilirsiz ki, ölkəmizdə Bakı-2015 birinci Avropa Oyunları keçirilir. Bu möhtəşəm tədbirə hamımız bir komanda kimi qoşulmuşuq. Bilirsiz ki, "Neftçi İdman Klubu” Avropa Oyunlarına millimizin tərkibində geniş heyətlə qatılıb. "Neftçi İdman Klubu” Bakı-2015 Avropa Oyunlarında Cüdoda 16, Atletikada 18, Güləşdə 9, Qılıncoynatmada 6, Samboda 2, Boksda 2, Taekvandoda 2, Badmintonda 1, Velosipeddə 2, Atıcılıqda 4, Üzgüçülükdə 2, 3x3 basketbolunda 4, Voleybolda 7, Çimərlik futbolunda 3, Karate və Bədi gimnastikada isə bir idmançı ilə təmsil olunur. "Neftçi İdman Klubu” Avropa Oyunlarında ən çox idmançı ilə təmsil olunan idman klubudur. "Neftçi İdman Klubu” bu mötəbər yarəşda ölkəmizi 80 idmançı ilə təmsil edir. Məşqçiləridə bura əlavə edəndə göstərici 100-ü keçir. "Neftçi İdman Klubu" nəinki Azərbaycanda bütün Avropada bu baxımından birincidir. Belə bir mötəbər yarışda azarkeşlərimiz və kollektivimiz də idmançılarımıza dəstək verir. Bizim bu kollektivimizin xüsusi formalarda idmançılarımıza necə dəstək olmaları mətbuatda yer alan şəkillərdə də çox gözəl şəkildə öz əksin tapıb. Biz hər gün idmançılarımızla görüşürük, onlarla söhbətlər edirik və qələbələrə ruhlandırırıq. Bu mənada işlərimiz həddindən artıq çoxdur. Avropa oyunıarından öncə və bundan sonra da işlərimiz davam edəcək. Yenə deyirəm, bizim idmançımız Hacı Əliyev erməniyə qalib gəlib növbəti mərhələyə yüksələndə idman zalında idim. Ancaq Hacının yarımfinal görüşünü qoyaraq gəldim "Neftçi”nin Müşahidə Şurasının iclasına. Bax görürsünüz ki, işlər çoxdur. Yəqin Müşahidə Şurası da bu yarışların vacibliyini bilərək məni başa düşür.

- Klub hazırda strategiyasını dəyişdiyini bildirir. Buna münasibətiniz necədir?

- "Neftçi”də gəncləşdirmə siyasəti bu günün işi deyil. Rövnəq Abdullayev "Neftçi”nin prezidenti olanda bu işin təməli qoyulmuşdu. Elə o vaxtdan bu strategiyaya başalanılıb. Sadıq Sadıqov da "Neftçi”nin prezidenti olanda bu iş davam etdirildi, indi də buna əməl olunur. Bu, çox sevindirici haldır. Bunun nəyi pisdir ki? "Neftçi”nin aşağı yaş qrupundan gələn gənclər əsas heyət üzvləri olublar. Həmin futbolçular Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter”, Rusiyanın "Rubin”, Serbiyanın "Partizan” klublarına qarşı oynadılar. İndi də qarşıya məqsəd qoyulub ki, qarşıdakı 4-5 ilin komandası yaradılsın. Əlbəttə ki, mən bunu dəstəkləyirəm və həmişə də dəstək olacam. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail