Şahin Diniyev: “Gülməlidə olsa deməliyik ki, çətin rəqiblə oynayırdıq”

22.06.2015 | 4071 dəfə oxunub

Gəncənin “Kəpəz” klubunun baş məşqçisi və Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Stadium.Az saytına müsahibəsini təqdim edirik:

- U-21 millimizlə birlikdə Danimarkaya getmişdiz. Necə keçdi səfəriniz?

- Məşqçilər Komitəsi tərəfində milliylə birlikdə səfərə təhkim edilmişdim. İyunun 10-da Danimarkada başlayan millinin təlim-məşq toplanışından sonra Farer Adalarıyla oyuna da getdim. Milli bu oyunda yaxşı təsir bağışladı. Ən əsası odur ki, meydandan 3 xalla ayrıldılar. Gülməlidə olsa deməliyik ki, çətin rəqiblə oynayırdıq. Çünki bu oyundan iki gün əvvəl Farer Adalarının əsas komandası Avropa çempionu olan Yunanıstanı 2:1 hesabıyla məğlub etmişdi. Bu ölkənin futbolu inkişafdadı. Farer Adaları Danimarkayla qonşu ölkədir. Danimarka milisinə düşə bilməyən bütün futbolçular məhz Farer Adalarını seçir. Yəni bu ölkənin milli komandasının futbolçularının böyük əksəriyyəti Danimarka çempionatında çıxış edirlər. Həm əsas, həm də gənclər millisində çıxış edən futbolçular. Millimiz yaxşı oyun göstərərək qalib gəldi.

- Bax bu oyunda bəyəndiyiniz futbolçular oldumu?

- Əlbəttə, var. Həmin futbolçuların indi klublarıyla müqavilələri var. 3-4 günə bu işləri yekunlaşdırıb onları komandaya gətirməliyik.

- Kimlərdi onlar?

- O futbolçular klublarıyla problemlərin həll etməyincə adlarını açıqlaya bilmərəm.

- İndi “Kəpəz”də vəziyyət necədi?

- Vəziyyət deyəndə, əsas işimiz heyəti qurmaq üçün futbolçu seçməkdir. Bu baxımdan da seçim imkanımız çox məhduddur. Ayın 30-na qədər bu yöndəki işləri bitirməliyik. Yavaş-yavaş heyəti qururuq. inşAllah yaxşı olacaq.

- Konkret olaraq deyə bilərsiz ki, artıq kimlər “Kəpəz”in futbolçularıdır?

- Hal hazırda Bəxtiyar Soltanov, Tərlan Quliyev və Şəhriyar Əliyev “Kəpəz”in futbolçularıdır. Bundan başqa da intensiz işlərimiz davam edir. Ayın 30-na kimi 15-16 futbolçumuz olacaq. Bundan sonra da legionersiz olaraq məşqlərə başlayacağıq.

- Bəs legioner futbolçular komandaya qoşulacaq?

- Legioner futbolçular komandaya ancaq Türkiyədə qoşulacaq. Onlardan çoxunu görmüşəm, amma yenə də dəvət edib sınayacam. Kim layiqdirsə komandaya götürəcəm. Onları sınayandan sonra təlim-məşq toplanışının sonunda legionerlər barədə yekun qərar verəcəm.

- Komandaya neçə legioner cəlb olunacaq?

- Yəqin ki, maksimum 6 legioner futbolçu götürəcəyik. Bundan artığını götürəcəyimizə inanmıram.

- “Kəpəz” ev oyunlarını harada keçirəcək? Dəqiq qərar verilib bu barədə?

- Hələ ki, konkret olaraq yer müəyyənləşməyib. Amma çalışırıq ki, ilk oyun məhz Gəncədə keçirilsin. Bu yöndə şəhər İcra Hakimiyyəti və klubun Müşahidə Şurası durmadan çalışır. Bütün imkanlardan istifadə edilir ki, ay yarıma, iki aya stadion oynanılacaq vəziyyətə gətirilsin.

- Bəs bu işlər geciksə, o zaman ilk oyun harda keçiriləcək?

- inşAllah alınar və elə ilk oyun Gəncədə keçirilər. Ən pis halda isə oyunumuz Yevlaxda baş tuta bilər.

- Bir ara söhbət vardı ki, “Dalğa Arena” “Kəpəz”ə verilib...

- Əvvəl, klub yarananda belə söhbət vardı. Amma sonradan klubda Müşahidə Şurası yaradıldı və Gəncə Şəhə icra başçısının da dəstəyiylə böyük işlərə start verildi ki, biz elə doğma şəhərdə oynayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail