"Təəssüf ki, Bakıda qələbə qazana bilmədik" - MÜSAHİBƏ

03.07.2015 | 4374 dəfə oxunub

"Neftçi"nin müdafiəçisi Aylton Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı keçirdikləri ilk oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Yaxşı oyun alındı. Bizim çoxlu qol vəziyyətimiz oldu. Təəssüf ki, Bakıda qələbə qazana bilmədik. Amma səfərdə qalib gələcəyimizə əminəm.

- Nəyə güvənib belə deyirsiniz?
- Bizim futbolçularımız rəqiblə müqayisədə daha keyfiyyətlidirlər. Fikrimcə, ilk oyun da bunu göstərdi.

- Bəs bu oyunda öz keyfiyyətlərinizi nümayiş etdirməyə nə çatmadı?
- Bəxtsizlik. Bu qədər qol vəziyyəti yaradırıqsa, deməli, daha çox qol vura bilərik.

- Hesab 2:1 olarkən müdafiə barədə düşünməyinizi səhv addım hesab etmirsiniz?
- Nəticəni saxlamaq istəyirdik. Ona görə də meydandakı üstünlüyü əldən verdik. Təəssüf ki, bu, qələbəni əldən verməyimizlə nəticələndi.

- Rəqibin gözləniləndən də aşağı səviyyədə bir komanda olduğunu demək olar?
- Razı deyiləm. "Mladost" o dərəcədə də zəif komanda deyildi. Amma bizim qələbə qazanmağımız üçün hər cür şərait yaradılmışdı. Biz onlardan daha üstün idik.

- "Neftçi"nin heyətində ilk rəsmi oyununuzda özünüzü necə hiss etdiniz?
- Şadam ki, belə bir komandada oynayıram. Qələbə ilə başlasaydım, daha ideal olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail