Şehiç: " Növbəti mərhələyə keçmək üçün bizim şansımız daha çoxdur" - MÜSAHİBƏ

16.07.2015 | 3091 dəfə oxunub

Çempionlar Liqassının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Monteneqro çempionu “Rudar”la heç-heçə edən “Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç görüşdən sonra  müsahibə verib.

- “Qarabağ”ın Avropkuboklarda heç bir uğuru olmayan komandanı məğlub etməsinə nə mane oldu?

- Oyunumuz yaxşı alındı. Üç qol epizodumuz olsa da, fərqlən bilmədik. Komandamız hücum futbolu oynamasına baxmayaraq müdafiədə də səhvsiz oldu. Rəqib isə tamamilə müdafiəyə çəkilmişdi. Ona görə də hesabı aça bilmədik. 

- Matçın heç-heçə bitməsi sizin üçün necə nəticədir?

- Əslində qolsuz heç-heçəni yüksək qiymətləndirirəm. Biz özümüzün və rəqibin gücünə yaxşə bələdik. Qarşıda cavab oyunu var.  Monteneqroda  əlimizdən gələn nə varsa edəcəyik. İnanıram ki, çütün qalibi “Qarabağ” olacaq.

- Amma azarkeşlər  “Qarabağ”dan bol qollu oyun gözləyirdi.

- Düzdür, hamı “Qarabağ”ın böyük hesabla qələbə qazanacağını gözləyirdi. Amma biz bütün mövqelərdə yaxşı oynamağa çalışdıq. Qeyd etdiyim kimi, rəqib futbolçuların hamısı arxada idi. Ancaq müdafiədən oynayırdılar. Bir neçə qol epizodumuz da oldu.  Rəqib isə heç qapımıza yaxın düşə bilmədi. 

- Komandanıza qoşulan yeni futbolçular haqqında nə deyə bilərsən?

- Onlar meydanda əllərindən gələn hər şeyi etdilər. Amma onlara hələ müəyyən vaxt lazımdır. Komandaya uyğunlaşandan sonra yeni futbolçuların  “Qarabağ” üçün faydasını görəcəyik.

- Cavab matçı haqqında nə düşünürsən?

- Növbəti mərhələyə keçmək üçün bizim şansımız daha çoxdur. Hamı bizim oyunumuza bələddir. Cavab matçında ancaq qələbə üçün oynayacağıq. Çünki biz daha güclü komandayıq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail