Rahi Əmirquliyev: "Hər şey qaydasındadı" - MÜSAHİBƏ
Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin müsahibəsini təqdim edirik:
- Komanda təxminən 15 gündü Nevşehirdədi. Toplanış necə keçir?
- Hər şey qaydasındadı. İlk həftəni demək olar ancaq fiziki hazırlıq üzərində işlədik. İndi isə artıq toplu çalışmalara başlamışıq və taktiki məşğələlərimiz də olur. Kollektivdə əhval-ruhiyyə əladı. Həvəslə çempionata hazırlaşırıq.
- Artıq iki yoxlama görüşü keçirmisiniz. İlk oyunda bir o qədər də tanınmayan komandalardan sayılan “Niğdespor” üzərində 1:0 hesablı çətin qələbə qazandınız. Hər halda, nəticə belə deyir...
- Bilirsiniz, komandanın ilk oyunu idi. Buna baxmayaraq, həmin qarşılaşmanın ilk hissəsində bizim bir neçə qol vəziyyətimiz oldu, amma istifadə edə bilmədik. İkinci hissədə isə komandada yorğunluq hiss olunurdu. Bu da normal haldı, çünki toplanışın əvvəlində fiziki məşqlərimiz çox olurdu.
- “Kasımpaşa”ya 0:2 hesablı məğlubiyyət də yorğunluqla bağlı idi?
- Xeyr, belə deməzdim. “Kasımpaşa” yaxşı komandadı. Həmin görüşdə pis oynamadıq. Ancaq komandada müəyyən çatışmazlıqlar var. Məsələn, heyətdə sırf hücumçu yoxdu, gah Vaqif Cavadov, gah da Rəşad Eyyubovu ön xətdə istifadə edirik, ancaq onların mövqeyi deyil deyə, tam effektli alınmır. Ona görə də, yeni hücumçu gözləyirik. Düşünürəm ki, güclü mərkəz hücumçusu transfer edilsə, daha yaxşı olacaq. Belə çox çətindi. İrəlidə top saxlaya bilmirik və bundan çox əziyyət çəkirik.
- “Kasımpaşa” ilə qarşılaşmada təyin olunan penalti epizodunda hakim haqlı qərar vermişdi?
- Düzdü, həmin vaxt top bizim futbolçunun əlinə dəymişdi. Hakimin qərarı doğru idi. Ancaq başqa bir epizodda top “Kasımpaşa”nın futbolçularından birinin əlinə dəydi, oxşar vəziyyətdə hakim bizim xeyrimizə penalti vermədi.
- Yeni transferiniz Pavel Kapsa penaltini dəf etsə də, buraxılan ikinci qolda səhvə yol verdi...
- Yoxlama oyununda səhvlər qaçılmazdı. Təkcə Kapsa yox, bütün futbolçular səhv edə bilər. Çalışırıq ki, bu səhvləri minimuma endirək. Kapsa ilə isə baş məşqçi və qapıçılarla işləyən məşqçi danışıb, lazımi tövsiyələri verəcəklər. Pavel özü də hansı səhvə yol verdiyi yaxşı bilir. Gənc deyil ki, deyim təcrübəsi yoxdu. 32 yaşı var, təcrübəlidi.
- Yeri gəlmişkən, “çərçivə”də sabiq xorvatiyalı qapıçısınız Vyekoslav Tomiç etibarlıdı, yoxsa Kapsa?
- İkisi də yaxşı, yüksək səviyyəli qapıçılardı. Tomiçin komandadan ayrılma səbəbini bilmirəm, hər halda, rəhbərlikdən soruşsanız daha yaxşı olardı. Kapsa ötən mövsüm “Simurq”da yaxşı oyunlar keçirib. İnanıram ki, bizə çox kömək edəcək.
- Yeni transferlər haqqında nə deyə bilərsiz: Vüqar Nadirov, Vaqif Cavadov, Rəşad Eyyubov, Dieqo Souza komandaya nə dərəcədə kömək edə biləcəklər?
- Demək olar ki, hamısı milli komanda üzvləridi, yüksək səviyyədə oynamış, tanınan futbolçulardı. Komandaya cəlb olunublarsa, deməli, məşqçilər və rəhbərlik onların kömək edəcəklərinə inanır. Sadəcə, hazırda bir az uyğunlaşma problemi var. Çempionatın başlamasına hələ 20 gün vaxt var, tədricən bu problem də aradan qalxacaq. Ümid edirəm ki, çempionluğa gedən yolda onların da bizə çox köməyi dəyəcək.
- Az öncə heyətdə hücumçu probleminin olduğunu dediniz. Ümumiyyətlə, başqa hansı mövqedə boşluq var?
- Bəlkə də baş məşqçi mənim kimi düşünmür, ancaq fikrimcə, bizə minimum üç futbolçu lazımdı: iki hücumçu və bir oyunqurucusu. Hücumçular mütləq lazımdı, olmasa, bizə çempionatda çox çətin olacaq. (apasport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |