Hafiz Məmmədovla Şeferin Stadium.Az-a birgə müsahibəsi EKSKLUZIV

Vinfrid Şefer: "Bir gün "Bakı"ya qayıdacam"

20.01.2011 | 5516 dəfə oxunub

Vinfred Şefer dünən günorta saatlarında Azərbaycanı tərk elədi. Almaniyalının "Bakı" ilə əməkdaşlığı 6 aydan artıq sürmədi. İyulda baş məşqçi postuna keçən "Vinni"nin ilk həftələrdən işi düz gətirmədi. Avroliqada "Epalle olayı" klubun UEFA tərəfindən texniki məğlubiyyətinə yol açınca, aralıq bir andaca qarışdı. Davamı hər kəsə məlumdur. Premyer Liqanın 19 həftəsini qeyri-sabit keçirən paytaxt təmsilçisi "altılıq" məqsədinə də aşağıdan-yuxarı baxır. O mənada ki, uğursuz oyunlar seriyası "Bakı"nı minimum məqsəddən uzaq salıb. Pulgir və xəsisliyi ilə ad çıxaran Şeferin isə bütün bunlar vecinə deyil. O, karyerasının son illərində Azərbaycana yaxşı pul üçün gəlmişdi və istəyinə də çatdı. Müxtəlif vədlərlə "yatızdırdığı" klubu hədəflərindən uzaq salsa da. Gedəndə isə klub prezidenti Hafiz Məmmədovla görüşdü. Təxminən bir saat sürən söhbətləşmədən sonra həm Məmmədov, həm də Şefer bu dəyişikliklə bağlı saytımıza danışdılar. Almaniyalı mütəxəssis bildirdi ki, Azərbaycandan gedişi bəzi obyektiv və subyektiv səbəblərlə bağlıdır.

rn

- Mən "Bakı"ya daha böyük iddia və məqsədlərlə gəlmişdim. Təəssüf ki, əməkdaşlığımız istədiyimiz kimi alınmadı. Hər halda keçən müddətdə daha böyük işlər görə bilərdik. Hər şey Avroliqadakı məlum olaylardan başladı. UEFA-nın Joel Epalleyə görə bizə verdiyi məğlubiyyətindən birinci mərhələdə mübarizəni dayandırdıq. Hər iki oyunda "Buduçnost"u meydanda udsaq da, çıxışımızı dayandırdıq və bu, bizə psixoloji cəhətdən böyük təsir elədi. Komandanı götürəndə hələ çox şey mənim üçün qaranlıq idi. Futbolçuları yaxından tanımırdım, Azərbaycan çempionatının səviyyəsinə bələd deyildim. Çox ağır günlər keçirdik, çətin anlar yaşadıq. Vəziyyət elə gətirdi ki, komandanı tanımağım altı aya yaxın vaxt apardı. Mövsümün birinci dövrəsində komandanı nisbətən özünə gətirsəm də, stabil nəticələr qazana bilmədik. Amma bu gün "Bakı" bəlli bir məqsəd üzərində dayanıb. Getsəm də, indi də arzulayıram ki, komanda məndən sonra ilk "altılığ"a vəsiqə qazansın. Məncə bu məqsədə çatmaq şansı heç də az deyil. Açığı, "Bakı"nın "altılığ"a düşməsini ən çox prezidentə görə istəyirəm. Bir dost kimi burdan ayrılıram. Bir-birimizə hörmətimiz qalır. Buna heç bir şübhəniz qalmasın.

rn

Hafiz Məmmədov: - Şeferin klubdan ayrılmasına üzülürəm. Onun gedişi mənim üçün ağırdır. Gələndə çox sevinmişdik ki, Şefer komandamızın baş məşqçisi olacaq. Hamı ondan danışırdı. Komandanın mövcud durumu, birinci dövrədəki nəticələr Şeferin günahı deyil. Mən yenə ilk vaxtlardakı fikrimdə qalıram. Almaniyalı böyük karyeraya malik, təcrübəli və peşəkardır. Şeferin sistemi Azərbaycan üçün deyildi. Menecment olsun, komanda olsun, futbolçular olsun - onlar Şeferin tətbiq etmək istədiyi sistemi həyata keçirə bilmədi. "Först-klass" deyilən bir sistem var ki, Şefrin sistemi ondan da üstündür. Bəlkə də bizimkilərin futbol biliyi o səviyyədə deyil ki, Şeferin tələblərinə cavab vermədi. Mən bunu komandamızın ayrı-ayrı futbolçuları ilə söhbətlərdə də dəqiqləşdirmişəm. Oyunçularımız hələ o elita deyilən səviyyəyə çatmayıblar ki, Şeferin sistemi ilə işləsinlər. Şeferdə də müəyyən prinsipiallıq var və mən onu bəyənirəm. Özü də gördü ki, irəli sürdüyü təkliflər burda alınmır. Mən də dəfələrlə ona dedim ki, getmə, qal bərabər işləməkdə davam edək. O isə bildirdi ki, qala bilmərəm, işlərim var. Biz onunla dost kimi ayrılırıq. Şeferə dedim ki, qapılarım həmişə üzünə açıqdır. Mənə elə gəlir ki, biz gələcəkdə "Bakı"nın inkişaf eləməsi üçün bir çox işləri birlikdə görəcəyik. İnfrastruktur, ya da uşaq futbolu sahəsində. Yenə deyirəm, bir çox məşqçilərlə işləmişəm, görüşüb, ayrılmışam, amma Şefer qədər heyfsləndiyim olmayıb. Həm insan kimi yaxşıydı, mədəniydi. Professionallığı da öz yerində. Yenə deyirəm, bizimkilər irəli sürdüyü ideyaları "darta" bilmədilər. Keçən dəfə Zaur Ramazanov və Mahmud Qurbanovla görüşəndə onlardan da bu barədə fikirilərini soruşdum. Dedim ki, axı nədir bu dərdin səbəbi? Zaur cavab verdi ki, "maestro"nuz çoxdur. Yəni, tək oynamağı xoşlayan futbolçularımız çoxdur. "Qarabağ" kimi komanda oyunu yoxdur. Bizdə hamı özünü peşəkar sayır, hərə özünü bir tərəfə dartır. Meydançada bir-birlərini "qırırlar". Mahmud da qayıtdı ki, Şeferin dediklərini tətbiq edə bilmirik. Bunu legionerlərin 1-2-dən də eşitmişəm. Etiraf edirlər ki, Şeferin tələblərinə cavab verməyə çətinlik çəkirlər. Haqqında nə söz-söhbət çıxarılıbsa, hamısı boş-boş şeylərdir. Hə bilim, Şeffer belə elədi, avtobus elə getdi. Uydurmadır hamısı, biləsiz. Hecə ola bilər ki, 12 il "Karlsrue"ni çalışdıran, Kamerun millisinə Afrika Millətlər Kubokunu qazandıran bir mütəxəssis burda futbolçulara məşq verə bilməsin? Öz sözü olmasın, bu gün bizim bir zədəli futbolçumuz yoxdur. Bu, Şeferin düzgün məşq metodikasının nəticəsidir. Adi məşqi də elə aparırdı ki, bir nəfər də xəsarət almırdı. Sadəcə, bir az uğursuzluq adamı üzdü. Getməyinə çox üzülürəm.

rn

- Şefer, inanırsızmı ki, "altılıq" mərhələsinə 3 tur qalmış "Bakı" minimum vəzifənin öhdəsindən gələcək?

rn

- Bu komandanın böyük potensialı var. Mən "Qəbələ" ilə son matçda buna bir daha əmin oldum. Həmin potensialı inkişaf etdirmək lazımdır. Sadəcə, problemlər çox erkən bizi yaxaladı. "Buduçnost" hadisəsi futbolçuları "əzdi", sonra da Premyer Liqanın ilk turlarında ard-arda uğursuz oyunlar keçirdik. Bunların hamısı çiynimdə yükdür. Hə zaman bu yükdən qurtulduq, futbolçular da özlərinə gəldilər. Uduzduğumuz bəzi matçlarda də yaxşı təsir bağışladıq. Məsələn, "İnter"lə qarşılaşma. "Şəfa" stadionunda keçirilən matçdan 1:0 yenik ayrılsaq da, qələbəyə layiq oynadığımızı düşünürəm. Mən bu komandaya çox güvənirəm. Azərbaycana gələndə də əsl məqsədim Avrokuboklarda qruplara qalan ilk komandanın baş məşqçisi olmaq idi. "Bakı" işinə peşəkar yanaşsa, çempionatda ilk "altılığ"a düşəcək. Burda işləyənlər - adi işçilərdən rəsmilərədək - hamı anlamalıdır ki, eyni gəminin içindədirlər. Bir ideya üçün işləməlidirlər.

rn

- İndiki vəziyyətdə Şeferin klubdan getməsi imici baxımından mühüm qərardır. Hər halda əvvəlki iş yerlərində nəticə göstərmiş mütəxəssisin Azərbaycanda qarşısına qoyulan minimum vəzifənin öhdəsindən gəlməməsi barədə xəbərlər sonradan onun Avropadakı imicinə böyük zərbə vurardı.

rn

H.M: - Birdən qarşıdakı 3 turda da uğurlu nəticə olmasaydı, bu, daha pis imic yaradardı Şefer üçün.

rn

V.Ş: - Hər bir komanda qara zolağa düşə bilər. "Bavariya"nın mövcud durumundan yəqin ki, xəbəriniz var. Almaniyada ən köklü, iddialı və ən super şəraiti olan klubdur. Bu yay olduqca bahalı transferlər ediblər. Bundesliqada növbəti mövsüm hələ başa çatmamış çempionluq yarışından qopublar. Dortmund "Borussiya"sından 16 xal geri qalırlar. "Bakı" da təxminən eyni vəziyyətdədir. Komandanı tanımaq üçün mənə minimum altı ay vaxt lazım idi. Çempionatda ilk "altılığ"a düşmək üçün bura dəvət olmamışam. Hormal komanda qurmaq üçün azı ilyarım müddətin olmalıdır. Harda işləmişməsə qara zolaqdan çıxmağı bacarmışam. Məşqçi işi belədir, işlədiyin hər bir yerdə uğur da səni izləyə bilər uğursuzluq da. "Bakı" ilk klubum deyildi ki, çətin anlarla üz-üzə qaldım. İstər Almaniyada, istərsə də, Afrika və Asiyada bu qara zolaqla qarşılaşdım. Olduğum komandaları enişdən yüksəlişə apara bildim.

rn

H.M: - Şeferə zaman lazım idi. Komandanı dediyi səviyyəyə çatdırmaq üçün bir il altı ay istədi. İndi bunun altı ayı keçdi, pis zolağa düşdük. Bu gün də təhlükə var ki, "altılığ"a vəsiqə qazanmayaq. Öz təcrübəmdən sizə bir misal çəkim: Bülənt Qorxmaz demişdi sonra Şeferdən eşitdim. İndi yeni gələn məşqçi də deyir ki, mənə ilyarım vaxt verin. Altı ayla heç bir komanda düzələ bilməz. Bizimkilərin də mentalitetini bilirsiz. Komanda pis oynadı, uduzdu, kimdir günahkar? Deyirlər Şefer. Futbolda uzağı düşünməlisən. Şeferi ilk dəfə bura dəvət edəndə də onunla söhbətim yadımdadır. Dedim, mən səni başa düşürəm, onun üçün "Qəbələ" kimi bir əqidə seçirəm. Çempionluq, "altılıq" arzulamıram, mən bura infrastruktur üçün gəlmişəm. Büdcəni az edirsən və gələcəyin komandasını qurursan. Bəli, indi Şeffer bu qədər bahalı oyunçular alıb, əvəzində komanda bu vəziyyətə düşürsə, onda bizim səhvimiz nədir...

rn

- Şefer deyir ki, keçirdiyi ilk altı ay ona tınışlıq üçün lazım idi. Və yenə vaxt lazım olduğunu deyir. Axı bu müddətdə komandanın göstərdiyi oyun sabaha ümidlə baxmağa əsas vermirdi. Gətirdiyi legionerlər də nəinki yaxşı oyunları heç nizam-intizamları ilə yaxşı ad qoymadılar. Dare Hbombe və Joel Epalle kimi. Bəs Şefer özündə heç bir günah axtarmır?

rn

H.M: - Şefer deyir ki, altı ay tamamdır, anlayıram. Başa düşür ki, özü yığdığı komandadır, gətirdiyi oyunçular da komandanın uğur qazanmasına kömək etmədi.

rn

V.Ş: - İndi günahkar axtarmaqdansa, fikirləşmək lazımdır ki, bu müddətdə daha nə yaxşı iş görə bilərik. Yəni vaxtında tədbir görsəydim, indi vəziyyət fərqli olardı. Onda azərbaycanlı futbolçulara daha çox yer verərdim. Gələndən bəri mühüm qərarlar vermək üçün vaxtım az oldu. Müqavilə bağladığım günlərdə Avroliqanı düşünməyi başladım. UEFA-nın verdiyi cəzanın şokunu atmamış çempionat başladı. İlk turda AZAL-a uduzmaq olan-qalan əhval-ruhiyyəmizi də sarsıtdı, sonrakı turları da yaxşı keçirə bilmədik. "Qarabağ"a 2:0 uduzduğumuz matçdan sonra futbolçularla çox ciddi söhbətimiz oldu. "Gəncə"ni səfərdə 3:1 udduğumuz oyundan sonra isə komandada yüksəlişə keçdik. Legioner limitinin də çıxışımıza da təsiri az olmadı. Bildiyimə görə, son mövsümədək limit olmayıb. Mən gələndə isə 8+3 elədilər. Mən harada işləmişəmsə üstünlüyü yerli futbolçulara vermişəm. Azərbaycanda da bunu etmək istəyirdim. Elə oyunlar olub ki, ilk dəqiqələrdən üç deyil, dörd azərbaycanlı futbolçunu meydana buraxdım. Bu sayının beşə çatdığı oyunlar da var. Həyata keçirə bilmədiyim ideya isə əsas heyətdə 8 yerliyə şans verib üç legionerlə oynamaqdır. Demək istədiyim bir şey də var. Xeyli vaxtdır "Bakı"da olan və yaxşı pul alan bir çox futbolçular var ki, onlar da özlərini göstərməyə çalışmadılar. Halbuki onlar komandanın "qaymaqları" sayılırdılar.

rn

- Belə görürəm ki, heç bir halda özünüzdə günah axtarmırsız. Halbuki Azərbaycanda Hafiz Məmmədovdan da imkanlı iş adamları var, hansı ki bu gün klub saxlayırlar. Lakin ölkəmizdə işləyən bütün əcnəbi baş məşqçilər arasında ən yaxşı şəraiti "Bakı" yaradıb. Başqa oyunları demirəm, götürək "Simurq"la oyunu. Bu cür zəif rəqibə öz meydanında uduzmaqla hesab eləmirsiz ki, həm də Məmmədovun imicinə zərbə vurursunuz?

rn

V.Ş: - Təbii ki, mən hər şeyin ən yaxşısını etmək istərdim. İşin belə alınmasını mən də qətiyyən arzulamazdım. "Buduçnost"dan sonra "Brondbü"nü də udmaq idi planımız. Bu gün çempionatda minimum ilk "dördlüy"ə qalmaq və sonda isə çempion olmaq istərdim. Hafiz Məmmədov komanda üçün hər şey edən prezidentdir.

rn

H.M: - Alınmadı... Əlbəttə, Şefer istəyərdi ki, lider olsun, "Simurq"a uduzmasın. Amma bu nə dərddi mən bu günə qədər araşdıra bilmədim.

rn

- Baş məşqçi postunda qalsaydız, nə dəyişəcəkdi?

rn

V.Ş: - İndi keçib. Bu suala cavab verməyim etik cəhətdən düzgün deyil. Bir gün gələcəkdə geri qayıdıb burda yarımçıq qalan işlərimi davam etdirmək və daha böyük uğurlara imza atmaq istərdim.

rn

- Alman məşqçilərin Azərbaycanda işi qətiyyən uğurlu alınmır. Oliver Pilzer U-17-dən, Hans-Yurgen Gede "Heftçi"dən qovuldu. Hələ o biriləri demirəm. Berti Foqtsla Bernard Lippertin nəyə görə postunda saxlanılması aydındır. Hər halda siz bura gəlməmişdən əvvəl həmyerlilərinizin aqibəti ilə maraqlanmalı idiniz. Bütün bunları analiz etmişdiz?

rn

V.Ş: - Dediklərinizin mənimlə əlaqəsi yoxdur. Alman məşqçilərin öz iş metodu, futbola baxışı var. Bu cəhətdən biz çoxlarından fərqlənirik. "Bakı" Azərbaycanın "Bavariya"sıdır. Böyük klubdur, böyük transferlər həyata keçirir və bütün bunlara görə daim gündəmdədir. Bir oyun uduzan kimi bütün mətbuat üstümüzə düşüb bizdən yazdı. Ancaq "Qəbələ" çempionatın əvvəlində ardıcıl uduzsa da, onlardan bir kəlmə də yazmadılar. Mən hara gəldiyimi bilən və daim məsuliyyəti öz üzərimə götürən bir məşqçiyəm. Özümü sahildən kənara atmıram. Bəzi futbolçulara çox güvəndim, onlardan da bunun qarşılığını gözlədim. Bu futbolçular nə kriteriyalarıma cavab verdilər, nə də dediyim sözlərə qulaq asdılar. Harda olduqlarının fərqində də deyildilər.

rn

H.M: - Mənim də söhbətin əvvəlində də dediyim bu idi. Yəni bizimkilər onun dediklərini edə bilmədilər. Jurnalistlər yazırlar ki, Azərbaycanda eyni vaxtda üç əcnəbi baş məşqçi işə başladı, digər ikisi bu gün də yoluna davam edir. Amma Şeferinki gətirmədi. İndi də hesab edirəm ki, o, digərlərindən də təcrübəli və fərqləndiriləsi mütəxəssisdir. Şeferin sistemi o qədər bərkdir ki, bəzi futbolçular onun tələbləri ilə ayaqlaşmadı və sonda da nəticə gəlmədi. Hamısı tənbəldir. Bizdəki bu söhbət idi. Aldıqlarından da artıq qazanmaq üçün hamısı istəyirdi ki, əsas heyətdə oynasın. Vaqif Cavadov gəldi... 150 min alan dedi ki, qoy 400 min alan oynasın mən niyə oynamalıyam? Biri əsas heyətdə oynamadığına görə küsüb getdi. Hə var ki, mükafat az alacaq. Ötən dəfə klub rəsmilərinə də dedim ki, bu, tək Şeferin deyil, sizin də günahınızdır. Oyunun ortasında 4 futbolçu bir-birini "qırır". "Qəbələ" ilə oyunda baş verənləri deyirəm. Belə hallar heç vaxt "Bakı"da olmamışdı. Hələ Barboza ilə Batesin "Levski" ilə Bakıdakı oyunda xirda insidenti olmuşdu, komandanı qaldırdıq "ayağa". Futbolçuların bir-biriylə savaşması nə deməkdir ki? Futbolçu gərək artistlik eləməsin. Belə alınmırdı.

rn

- Almaniyalı ilə bağlı yeni planınız varmı?

rn

- Qapılarımız üzünə açıqdır. Gələcəkdə uşaq futbolu və infrastrukturla bağlı planlarımızda yer ala bilər. Demişəm, yeni məşqçilər şurası yaradırıq, gəl rəhbəri ol. Hecə düşünmək olar ki, Şefer yaxşı məşqçi deyil - mümkünsüzdür.

rn

V.Ş: - Günlərin birində dönəcəm. "Bakı"dan birdəfəlik getmirəm. Burda görmək istədiyim və görə biləcəyim işlər var. Mütləq bir gün yenə "Bakı"da olacam. Klubun hansı sahəsində çalışacam.

rn

 

rn

Vüsal



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail