Şahin Diniyev: "90 dəqiqə ərzində futbolçuların sistemə uyğun oyun göstərməsi hələ çətin işdi" - MÜSAHİBƏ

28.07.2015 | 2770 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edirik:

- Şahin müəllim, əvvəlcə istərdim ki, Türkiyə toplanışını dəyərləndirəsiz?

- Ərzurum toplanışı “Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində sayca üçüncü toplanış idi. Baş məşqçi olaraq deyim ki, komandamızın çatışan və çatışmayan cəhətləri var. O qənaətdəyəm ki, futbolçular taktiki və fizki hazırlıq üzərində səylə işlədilər, bir-biriləri ilə anlaşmağa çalışdılar. Uşaqlara üzərimə düşən məsuliyyəti dərk etdiklərinə görə minnətdaram. Komanda sıfırdan yaranır, ona görə səhvlərimiz olacaq. Bu səhvləri minimuma endirmək üçün çalışmalıyıq. Oyunçuların bir-birilərinə uyğunlaşması üçün vaxta ehtiyac var. Çempionat oyunları davam edə-edə optimal formanı yığacağıq.

- Qardaş ölkədə komanda həm də üç yoxlama oyununda qüvvəsini sınadı. Fikirləriniz nədən ibarətdir?

- Komandanın formalaşması üçün hər üç təlim-məşq toplanışının önəmi vardı. Türkiyədə böyük addımlar artıq, nəzərə çarpacaq irəliləyişlərə nail olduq. Ərzurumda komandanın əsas heyətini də müəyyənləşdirdik. Bu mənada Türkiyədə keçirdiyimiz üç oyunun rolu böyük oldu. İki matçda qalib gəlib, birində heç-heçə etdik. Hər üç oyunda futbolçuların hamısına şans verdik. Nəticədən asılı olmayaraq oyunçulara mövqeyində və oyun sxemində özünü göstərmək üçün imkan yaratdıq. Uşaqlar etimadı doğrultmaq üçün çalışdılar. Digər komandalarda olduğu kimi bizdə də çatışmazlıqlar çoxdu. Bunun üzərində işləməliyik. Çempionatın startına az qalıb. Qalan vaxt ərzində problemləri aradan qaldırmalıyıq.

- Məşqlərdə futbolçulardan istədiyinizi ala bildiz?

- Desəm ki, axıra kimi ala bildim, bu yalan olar. Az öncə dediyim ki, optimal formaya düşə bilməmişik. Bu da hardasa fiziki və taktiki yükləmələrlə bağlı oldu. Yenə deyirəm, zamana ehtiyacımız var. Premyer Liqanın başlamasına kimi çatışmayanların üzərində işləyəcəyik. Futbolçulardan razı qalsam, onda gərək bu məşqləri dayandırıb, sırf oyuna hazırlaşaq. Amma onu söyləyə bilərəm ki, razı qaldığım məqamlar razı qalmadıqlarımdan daha çoxdu.

- Üç yoxlama oyununda komandanı arzuladığınız kimi görmək imkanı qazandız?
 
- Görmək istədiyim oyunu məqamlarla görə bildim. Ancaq 90 dəqiqə ərzində futbolçuların sistemə uyğun oyun göstərməsi hələ çətin işdi. Oyunumuzu artıqmalıyıq. Müdafiədə, oyun quruculuğunda və hücumun təşkilində olan müsbət məqamları çoxaltmalıyıq. Oyundan oyuna buna nail olmalıyıq. Səhvlərimizi minimuma endirsək, ötürmələrin keyfiyyətini artısaq, anlaşmanı istənilən səviyyəyə çatdıra bilsək, arzuladığımıza nail olacağıq və mənim görmək istədiyim oyun alınacaq. (“Kəpəz” PFK-nın mətbuat xidməti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail