Vaqif Sadıqov: “Qəbələ” səfərdə o qədərdə inamlı təsir bağışlamırdı" - MÜSAHİBƏ

03.08.2015 | 3552 dəfə oxunub

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsini təqdim edirik:

- DÇ-nın son püşkatmanı necə dəyərləndirirsiniz?

- Mən belə hesab edirəm, ilk növbədə öz yığma komandamız o səviyyədə olmalıdır  ki, rəqibə qarşı başa-baş rəqabət aparsın. Öncədə bildirmişdim ki, qrupda aşkar favorit var, o Almaniyadır. Aşkar outsider isə San-Marinodur. Digər komandalar isə öz aralarında ciddi mübarizə aparacaqlar və yığmamız bu mərhələdə uğurlu nəticələr əldə edəcək. Rəqiblər tanınmış komandalardı, çoxu ilə oyunlarımız olub. Bəziləri ilə müsbət nəticə əldə etmişik. Futbol elə bir idmandır ki, dayanmadan inkişaf edir, inanıram ki, yığmamız gələn mərhələdə formalaşan güclü komanda ola bilər. Ən vacibi isə strategiyamızı elə seçməliyik ki, 2020-ci ilə güclü bir yığma formalaşdıraq və final mərhələsində mübarizə apara bilək.

- Qrupda ilk üçlüyə düşə bilərik?

- Hesab edirəm ki, biz 4-lükdə olmuşuqsa bundan da irəli gedib ən azı üçlükdə yer almalıyıq.

- Böyükağa Hacıyevin “hələ belə asan qrupa düşməmişik” sözlərinə münasibətiniz necədir?

- Hər mütəxəssisin öz fikirləri var. Bu gün futbolda asan rəqib yoxdur. Hər komandaya çox ciddi yaxınlaşmaq lazımdır. Üstün olduğumuzu hər oyunda sübut eləməliyik. İnanıram ki, favorit Almaniya və outsider San Marino qarşısında da nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq.

 

- “Qarabağ”ın “Seltik”lə ilk oyunu ilə bağlı fikirləriniz necədir?

- Keçən ilki qrupla müqayisə etsək görərik ki, “Seltik” heç də onlardan güclü komanda deyil. Bəlkə də o qrupdakı komandalardan bir pillə aşağıdı. Hesab edirəm ki, “Qarabağ” hələ öz oyununu istədiyi kimi sərgiləyə bilməyib, Allahın köməyi ilə  avqustun 5-də biz üstün tərəf  kimi “Qarabağ”ı görəcəyik. Hamını stadiona dəvət edib “Qarabağ” ətrafında birləşməyə və ona dəstək olmağa çağırıram.

- “İnter” - “Atletik” oyunu haqqında nə deyərdiniz?

- “İnter” bu mərhələyə gəlib çıxdığına görə uğurlu bir addım atıb demək. İlk məşqdə komandada 6 futbolçu olmasına baxmayaraq, indi onlar 2 mərhələ keçə bilib. Mən hesab edirəm ki, real düşünsək, oyun “Atletik”in xeyrinədi, orda məğlubiyyətlə barışmalı olsaq da, heç bir şey baş verməyəcək. “Atletik”ə qarşı oynamaq hər bir futbolçu üçün şərəfdi, amma güclü olduğunu sübut etmək bundan qat-qat üstündü. İspaniya kimi ölkədə azarkeşlərin önündə oynamaq hər futbolcuya qismət olmur. Bütün Avropanın gözü orda olduğu halda, hər bir futbolçu özünü yaxşı tərfdən göstərməyə çalışır. Nəticədən asılı olmayaraq onların oyununu dəstəkləyirəm. İlk oyunda alınan məğlubiyyət “İnter”i ruhdan salmamalıdır. “Atletik”lə oyunda iki topun əvəzini çıxmaq asan məsələ deyil. Amma bakılılar cavab oyununda da əvvəlki qarşılaşmalarda olduğu kimi döyüşməlidir. “İnter” döyüşkən komandadır, onlar bunu bu oyunda da göstərməlidirlər.

- “Apollon” - “Qəbələ” oyunu haqqında nə deyərdiniz?

- “Qəbələ” səfərdə o qədərdə inamlı təsir bağışlamırdı. Yəni əvvəlki iki oyuna görə bunu demək olar. Ancaq xoşbəxtlikdən bu dəfə fərqli oldu. Həqiqətən “Qəbələ” səfərdə yaxşı futbol sərgilədi və istədiyi nəticəni əldə etdi. Hətta qələbə də qazana bilərdi.

Əsas olan səfər oyununda lazımlı nəticə qazanamq idi ki, bu da əldə olundu. İlkin nəticəni əldə etməyə qadir “Qəbələ”miz var. İnanıram ki, ilk oyundakı kimi, cavab qarşılaşmasında da “Qəbələ” nəyə qadir olduğunu sübut edəcək. Bir məqama toxunmaq lazımdır ki, “Qəbələ” ilk iki oyunda səfərdə məğlub olmasına baxmayaraq doğma meydanda qalib gələrək turu keçib. Buna görə də, Qriqorçukun komandasına inam böyükdür.

 

- Son iki mövsümdə Premyer Liqanda ən uğurlu çıxışı “Qarabağ” sərgiləyir, sizcə bu mövsümdə elə olacaq?

- Biz istəyərdik ki, çempionat daha rəqabətli olsun, çünki rəqabət olan yerdə inkişaf da olar. Başa düşmək lazımdır ki, rəqabət bizim milli komandanında formalaşmasına çox kömək edəcək.  Amma çox təssüf ki, bizdə “Qarabağ” kimi rəqabət aparan bir-iki komanda var. Demək olar ki, digər ölkələrdə çempionluq uğrunda dörd-beş komanda mübarizə aparır. “Qarabağ”ın Premyer Liqada göstərdiyi oyunu avropada da göstərəcəyinə ümid edirəm. Necə ki, son iki mövsümdə Premyer Liqada çox uğurlu oyun sərgiləyib, bunu avropada da görməyi istəyərdim. Amma məncə bu mövsüm dörd-beş komanda “Qarabağ”la mübarizə aparacaq. Buna baxmayaraq, inanıram ki,  “Qarabağ” hər oyun güclü olduğunu sübut edəcək.

- “Zirə”, “Rəvan”, “Kəpəz haqqında fikirlərinizi bilmək olar? Bu komandalarda yeni mövsümdən Premyer Liqada oynayacaqlar...

- Hesab edirəm ki, ən fəal transferlər edən “Zirə” komandasıdır. Demək olar ki, iyirmiyə yaxın futbolçu transfer edib. Amma, yeni bir komandanı formalaşdırmağa vaxt lazım olacaq. İstər-istəməz, ilk oyunlar bu üç komandanın istədiyi nəticələri verməyəcək. Ancaq onu deyə bilərəm ki, bu üç komandanın Liqaya daxil olmağı çox xoş haldı. İnanıram ki, çox tezliklə bu komandaların böyük komandalarla rəqabət aparacağının şahidi olacağıq. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail