Qurban Qurbanov: "Bu barədə çox danışmağa ehtiyac yoxdu"

05.08.2015 | 4094 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Seltik"lə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Stadium.az Qurbanovun müsahibəsini təqdim edir:

- Güclü bir komandaya qarşı vacib oyuna çıxacağıq. Bu dəfə tam komplektləşmiş komandaya qarşı oynayacağıq. “Seltik” xüsusən də, cinah keçidləri ilə seçilən komandadı. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Düzdü, 1 top geridən başlayacağıq. Amma bu vəziyyəti dəyişmək olar. Azarkeşlərdən xahiş edirəm ki, bizi sona qədər dəstəkləsinlər. Biz də nə qədər bacarığımız varsa, çalışacağıq meydançada göstərək.

- Qazonun durumu sizin oyununuza nə dərəcədə təsir edə bilər?

- Bu barədə çox danışmağa ehtiyac yoxdu. Hər şey göz qabağındadı. Bizim işimiz çıxıb əlimizdən gələni etməkdi. Ola bilər ki, qazonun durumu sürətli oyuna mane olsun. Ammma çalışacağıq əlimizə düşən imkanlardan maksimum yararlanaq.

- Amma siz yaradıcı futbol göstərirsiz. Hazırkı meydança isə sizin belə çıxışınıza mane olacaq. Sabah hansısa taktiki dəyişiklik olacaq?

- Başqa çıxış yolumuz yoxdu. Çalışacağıq tələbləri yerinə yetirək. Ola bilsin hücumlarımızda hansısa dəyişiklik olsun. Amma yenə də çalışacağıq ən yaxşı oyunumuzu göstərək.

- İlk qolu vursanız, müdafiəyə çəkiləcəksiniz?

- İnşallah, ilk qolu vuraq, sonrasını fikirləşərik. Amma daha vacibi qol buraxmamaqdı. Təkcə fikrimiz qol vurmaqda olmamalıdı. Eyni zamanda sona qədər qapımızın da qeydinə qalmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail