Roman Qriqorçuk "aerodrom kepka" taxacaq? - MÜSAHİBƏ

06.08.2015 | 3548 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Apollon"la oyundan qabaq jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin oyun olacaq. Rəqibin təhlükəli, sürətli futbolçuları var. Biz ilk oyunu unutmuşuq. Sabahkı qarşılaşmanı düşünürük.

- “Apollon”la ilk oyunun hakimi sizin həmyerliniz Boyko idi. Maraqlıdır ki, sabahkı oyuna rəqib komandanın baş məşqçisinin həmyerlisi – portuqaliyalı  Duarte Nunu təyin edilib. Bu, sizi narahat etmir ki?

- Xeyr, narahat deyiləm. Hakimləri UEFA təyin edir. Düşünmürəm ki, hakimləri təyin edəndə nəyisə nəzərə alırlar. “Apollon”la ilk oyundan əvvəl də demişdim ki, Boyko yaxşı hakimdir. Oyunda da o, bunu sübut edir. Sabahkı hakimi tanımıram. Ancaq bilirəm ki, hər bir hakim öz nüfuzunu qorumağa çalışmalıdır. Bu cür hallara peşəkarcasına yanaşmalıyıq. 

- Psixoloji cəhətdən komandada durum necədir? Əgər “Qarabağ” və “İnter”  bugünkü oyunda mübarizəni dayandırsa, “Qəbələ” isə yoluna davam etsə, onda sizin komandanız avrokuboklarda yeganə təmsilçimiz olacaq. 

- İstəməzdim ki, oyunçularımız da sizin kimi fikirləşsin. Biz bu gün “Qarabağ”a azarkeşlik edəcəyik. İstərdim ki, Azərbaycanın hər üç klubu mərhələ keçsin. Bu, bizim üçün də yaxşı olar. 

- Cavid Hüseynov cəzalandırılsa, planınızda hansısa dəyişiklik olacaq?

-  Cavidin oynamağını həmişə istərdim. İlk öncə kiprli azarkeşlərin vəhşiliyindən danışmaq istəyirəm. Hakimin penalti qərarından sonra kiprli fanatlar futbolçularımızın üzərinə butulka, alışqan və digər əşyalar atmağa başladılar. Hansı ki, hakim yüz faiz düzgün qərar vermişdi.  XXI əsrdə bu cür vəhşilik etmək nə dərəcədə düzgündür? Təsəffür edin ki, atılan butulka bizim futbolçuya dəyib onu həyatdan məhrum edə bilərdi. Azərbaycan bayrağını təhqir etdilər. Bu, Kipr üçün rüsvayçılıqdır. Eləcə də “Apollon”un adına ləkədir. Mən hələ futbolda belə şey görməmişəm. UEFA cəza versə, birinci bu, “Apollon”a tədbiq edilməlidir. Əslində Kiprdə baş verən vəhişikdən sonra hakim rəqibə texniki məğlubiyyət verməli idi. Başqa bir dövlətin bayrağını yandırmaq insanlığa sığmır. 

- Sabah mərhələni keçsəniz, "aerodrom kepka" taxacaqsınız?

- Əlbəttə.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail