Rəşad Sadıqov: "Rəqib elə komanda idi ki, sırf hücuma çıxmaq olmurdu" - MÜSAHİBƏ

06.08.2015 | 3350 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az bu müsahibəni təqdim edir: 

- Qarşılaşma haqda fikirlərini bildirərdin...

- Gərgin qarşılaşma oldu, 90 dəqiqənin sonuna kimi mübarizə apardıq. Çalışdıq ki, qol vuraq, amma alınmadı. Təssüflər olsun ki, mərhələni keçə bilmədik.
 
- Sanki bu qarşılaşmada hücumda çoxala bilmirdiniz. Səbəb nə idi?

- Rəqib elə komanda idi ki, sırf hücuma çıxmaq olmurdu. Elə təcrübəli oyunçulardan ibarət bir komanda idi ki, çox sürətli hücuma keçirdilər. Böyük qüvvə ilə irəli atılmırdıq, amma görürdük ki, rəqib bizi əks hücumda tutur. Bu da komandamız üçün təhlükəli idi. İlk hissədə yaxşı oynadıq, ikinci hissədə "Seltik" pressinq tətbiq etməyə başladı. Ona görə də ikinci hissədə hücum qurmaqda çətinlik çəkdik. Buna baxmayaraq, oyuna nəzarət edən tərəf biz idik.

- Səncə qələbə üçün nə çatışmadı?

- Fikrimcə, biz mərhələni keçmək şansını hələ ilk oyunda itirmişdik. Onlar  səfərdə oynadığımız matçın ilk hissəsində çox təzyiq göstərdi, ikinci yarıda topa biz nəzarət etdik. 75-ci dəqiqədən sonra rəqib bütün heyətlə müdafiədə oynadı. Eynənə Bakıdakı ssenari idi. Amma səfər matçında bir küncdən zərbədən vurulan qol bütün oyunu korladı. Rəqib də Bakıda bütün oyununu müdafiədən qurdu. Çünki bu nəticə onlara sərf edirdi. İstədiklərini də əldə etdi. 
 
- Futbolçularınız bildirdi ki, "Seltik"in oyunçuları sizi təxribata çəkirdi...

- Bu futboldur. Belə şeylər olur. Rəqib komanda hər şeyi əvvəlcədən hesablayıb, hərəkət edir. Nəticə də onlara sərf edəndə istəyir ki, səni əsəbiləşdirsin.
 
- Künc zərbəsindən sonra yaranan real qol epizodu haqda nə deyə bilərsən?

- İki-üç gün bu epizod yadımdan çıxmayacaq. Top yerlə gəlsəydi, bəlkə zərbə endirmək daha asan olardı. Dünən məşqdə bu epizoddan çox istifadə etdik və demək olar ki, bütün zərbələrim çərçivəyə düşürdü. Bu epizodda isə top yerə dəyə-dəyə gəlirdi, ona görə alınmadı.
 
- Buna ot örtüyünün pis vəziyyətdə olmasını səbəb göstərmək olar?

- Qazon haqda danışmaq istəmirəm. Bunu da bəhanə etmək düzgün olmaz. Rəqib layiqli olaraq növbəti mərhələyə keçdi. 
 
- Komandanız son 4 oyunda 1 qol vurub...

- Paltardəyişmə otağında bu haqda mən də düşünürdüm. Bunun üzərində çox işləməliyik və gələcəkdə daha kəskin hücumlar qurmaq lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail