Cavid Hüseynov: "Qəhrəman təkcə mən yox, hamımızıq" - MÜSAHİBƏ

07.08.2015 | 3577 dəfə oxunub

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Apollon"a qalib gəldikləri oyundan (1:0) sonra Qjurnalistlərin suallarını cavablandırıb:


- Cavid Hüseynovu "Apollon"la oyunların qəhrəmanı adlandırmaq olar?

- Qəhrəman təkcə mən yox, hamımızıq. İstər futbolçular, istərsə də azarkeşlər həqiqətən əzmkarlıq göstərdi. Çox xoşagəlməz bir komanda ilə düşmüşdük və xalqımız bizi layiqincə dəstəklədi. 

- "Apollon" necə rəqib idi?

- Çox çətin və pis rəqiblə düşmüşdük. Oyunboyu bizi təxribata çəkməyə, qıcıqlandırıb qalmaqal yaratmağa çalışırdılar. Buna baxmayaraq biz onların cavablarını verdik. Bütün komanda yoldaşlarımın, xalqımızın qarşısında baş əyirəm. Biz onların dəstəyi sayəsində bu nəticəyə nail olduq.

- Oyundan sonra baş məşqçin Roman Qriqorçuk sənin sarı vərəqə ilə cəzalandırılmağını istəmədiyini bildirib. Çünki bu oyunda sarı vərəqə almaqla cəzalı duruma düşdün.

- Bəli, oyundan öncə də baş məşqçimiz bizə tapşırmışdı ki, ehtiyatlı olaq. Çünki rəqib bizi təxribata çəkirdi. Əlimizdən gələni etdik ki, özümüzü cilovlayaq. Amma elə hislər var ki, onun qarşısını almaq mümkün deyil.

- Oyunboyu rəqib futbolçular daha çox səni narahat edirdi.

- “Apollon”un 5 nömrəli oyunçusu oyunboyu məni vururdu, təxribata çəkirdi. O, istəyirdi ki, mən ona nəsə edim, qırmızı və ya sarı vərəq alım. “Apollon” heç bu oyunu düşünmürdü. İstəyirdilər ki, qırmızı vərəqə alım və növbəti turlarda komandama kömək edə bilməyim. Onlar mərhələni keşə bilməsələr də, bizə zərər yetirməyə çalışırdılar. “Apollon” Bakıya futbol oynamağa gəlməmişdi.

- Penalti epizodunda rəqib qapıçı sənə nə deyirdi? 

- Nəsə deyirdi. Amma onun dilini başa düşmədiyim üçün nə dediyini anlamadım. Mən də əlimlə işarə etdim ki, get buradan. 

- Deyəsən, Ermin Zeç də penalti zərbəsini yerinə yetirmək istəyirdi.

 - Xeyr, komandada penaltini mən vururam. Zeçlə bu barədə dialoqumuz da olmadı. 

- Amma yenə də həyəcanlı idin.

- Həyəcan həmişə olur. Bu qədər azarkeş qarşısından üzüağ çıxmaq lazım idi. Şükürlər olsun ki, bunu bacardıq. 

- Pley off mərhələsinin ilk oyununda iştirak etməyəcəksən. Necə düşünürsən, komanda sənin yoxluğunda layiqli mübarizə apara biləcək? 

- İnanıram ki, layiqli mübarizə də aparacaq. Komandada hər bir oyunçuya inam sonsuzdur. Ehtiyat oyunçular arasında səviyyəli futbolçularımız var. İstər Asif Məmmədov, istərsə də Samir Zərgərov səviyyəli oyunçulardır. Bizdə elə oyunçu yoxdur ki, onun yeri boş qalsın. Biz kollektiv şəkildə həm müdafiə olunuruq, həm də hücuma keçirik. Kiprdəki oyundan sonra bəzi həmkarlarınız məni qınadı. Amma çoxlarınız da məni dəstəklədiniz. Bu oyunda həmin dəstəyin qarşılığını az da olsa, verə bildim. Məni qınayanlara isə deyirəm ki, onlar mənim keçirdiyimi hisləri başa düşə bilməz. Çünki həmin adamın qanında problem var. Ona deyərdim ki, qanını yoxlatdırsın.

- Amma səni peşəkarcasına yanaşmadığına görə tənqid etmişdilər. UEFA səni cəzalandırsaydı, komandanı pis vəziyyətdə qoyacaqdın...
 
- Söhbət bayraqdan, hislərdən gedir. Əgər sənin yanında Azəbaycan bayrağını yandırsalar, pis vəziyyətə qoysalar, nə edəcəksən? Əlbəttə, öz reaksiyanı verəcəksən. Mən də həmin gün futbolçu kimi yox, Azərbaycan övladı kimi reaksiya verdim. Tənqid ola bilər. Amma təhqirə yol verildiyi üçün getsin qanını yoxlatdırsın. Onun qanıda dəyişiklik olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail