Aleksey Antonov: "Rəqibin oyununu ciddi analiz etmək lazımdır" - MÜSAHİBƏ

10.08.2015 | 3799 dəfə oxunub

"Qəbələ"nin hücumçusu Aleksey Antonovun müsahibəsini təqdim edirik:

- Premyer Liqanın açılış turunda qarşılaşacağınız "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- Çempionata yaxşı başlamaq lazımdır. Ona görə də meydana üç xal üçün çıxacağıq. Baxmayaraq ki, rəqibimiz çox ciddidir.

- Avropa Liqasının pley-off mərhələsinə çıxmağınıza görə sizə mükafat verildi?
- Hələ yox (gülür). Əsas mərhələ keçmək və tarix yazmaqdır.

- Yəqin ki, Kipr "Apollon"unu keçdiyinizə görə komandada atmosfer yaxşıdır...
- Rəqibimiz güclü komanda idi. Ona görə cavab oyunu çox çətin alındı. Amma əsas bizim qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanmağımız idi. Bu, çox sevindirir.

- "Apollon"un belə güclü oynayacağını gözləyirdiniz?
- Bunu öncədən də bilirdik. Bu komanda avrokubokların qrup mərhələsində oynamışdı, böyük təcrübəsi var idi. Ona görə də bu rəqiblə görüşlərə çox ciddi hazırlaşmışdıq.

- Maraqlıdır, "Qəbələ" ardıcıl iki mövsüm Avroliqanın qrup mərhələsində oynamış komandanı necə mübarizədən kənarlaşdırdı?
- Biz hər birimiz vəzifəmizin öhdəsindən maksimum gəlməyə çalışdıq. Eyni zamanda xarakter nümayiş etdirdik. Həm də "Apollon"a qarşı necə oynamaq lazım olduğunu bilirdik.

- Amma Bakıdakı oyunda siz heç də özünüzə bənzəmirdiniz...
- Bu, sizin fikrinizdir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bu, futboldur. Mənim qol vurmaq üçün də şansım oldu. Əlbəttə, qol vura bilmədim. Amma fərqlənsəydim, daha yaxşı olardı.

- Ermin Zets artıq meydana buraxılır. Yəqin ki, aranızda gərgin rəqabət olacaq...
- Belə güclü rəqabətdən qazanan həmişə komanda olur.

- Pley-off mərhələsində qarşılaşacağınız "Panatinaikos"la oyunlardan nə gözləyirsiniz?
- Hazırlaşacağıq. Rəqibin oyununu ciddi analiz etmək lazımdır. Fikrimcə, "Panatinaikos" çox güclü rəqibdir. Amma eybi yox. Bu komandanı keçmək, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Futbolçularımızın hər birinin sonadək mübarizə aparacağına əminəm. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail