"Kəpəz"in legioneri: "Nəticə bizim üçün gözlənilməz oldu" - MÜSAHİBƏ

10.08.2015 | 2976 dəfə oxunub

"Neftçi"nin müdafiəçisi Xuan Alberto Melli Premyer Liqsının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra müsahibə verib.

- Qolsuz bitən ilk oyununuz barədə nə deyə bilərsiniz?
- Nəticə bizim üçün gözlənilməz oldu. Emosional oyun alındı. Amma hücumda istədiyimiz kimi oynaya bilmədik. Matçda müsbət məqamlar da var idi. Elə bir xal qazanmağımızı misal göstərmək olar. İlk oyun üçün pis nəticə deyil. Sadəcə, növbəti oyunlarda qol və qollar vurmaq üçün daha çox çalışmalıyıq.

- Amma hər kəs bu oyunda "Neftçi"dən 3 xal gözləyirdi...
- Komandamız oynadı. Sadəcə, qol vura bilmədik. Belə hallar olur.

- Siz 1-ci diviziondan gələn komandaya qalib gələ bilmirsinizsə, "Qəbələ", "İnter", "Qarabağ" kimi klublarla necə oynayacaqsınız?
- Mövsümün ilk oyunları həmişə çətin olur, nələrsə alınmır. Aydın məsələdir ki, biz həmişə belə oynamayacağıq.

- Amma onlarla ciddi rəqabətə hazır olmadığınız hiss olunur...
- Fikrimcə, zamanla bizim oyunumuzda irəliləyiş olacaq. Özümüz də bunu başa düşürük və daha çox çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq.

- "Neftçi"dən rəhbərlikdən tutmuş heyətə kimi hər şey yenidir. Heyətdəki gənclərin də çox olduğunu nəzərə alsaq, mövsümün sonunda 4-5-ci yeri tutmağınız normal nəticə sayıla bilər?
- Bir oyuna görə nəticə çıxarmaq tezdir. Biz də çox şeydən narazıyıq. Amma dediyim ki, çalışmağa davam edəcəyik. Oyunumuzu, xüsusilə hücum keyfiyyətini yaxşılaşdırmalıyıq. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail