"Xəzər Lənkəran"ın yeni transferi: "Heç vaxt yaşadığım şəhərə önəm verməmişəm" - MÜSAHİBƏ

11.08.2015 | 3204 dəfə oxunub

"Xəzər Lənkəran"ın yeni transferi Limam Seydinin müsahibəsini təqdim edirik:

 - “Xəzər Lənkəran”da özünü necə hiss edirsən?

- Komanda çox xoşuma gəldi. Hər şey yaxşıdır. Komandaya tez uyğunlaşdım. Yoxlama oyunlarında əlimdən gələni etdim. Bircə qalıb, rəsmi müqabilə imzalamaq. İnanıram ki, komandada rəsmi şəkildə çıxış edəndən sonra daha çox xeyir verəcəm.

 - Demək olar, 1 ay ərzində komandaya kömək edə bilməyəcəksən. Bu praktika cəhətdən sənə mane olmayacaq?

- Bu qərardan xəbərim var. Təlim-məşq toplanışından sonra evə döndüm. Bir az gec qoşuldum komandaya. Oynamaq üçün qadağa olmasaydı belə, düşünürəm ki, fiziki cəhətdən “İnter”lə oyuna hazır deyildim. Öz üzərimdə işləməliyəm. Nə vaxt komandaya xeyir vermək lazım olsa, əlimdən gələni edəcəm.

 - Çox güman ki, “Xəzər Lənkəran”dan təklif gələndə komanda haqqında kiçik bir araşdırma apardın. Bu komandanı seçməkdə hansı amil əsas rol oynadı?

- Öncəliklə, menecerimlə məsləhətləşdim. Ətrafımda olan insanlardan da “Xəzər Lənkəran” haqqında xoş sözlər eşitdim. Düşündüm ki, həyatımda yenilik etməyin vaxtı gəlib. İnanıram ki, bura gəlməyimə görə peşman olmayacam.

 - Ölkəmizdə çıxış edən bir çox legioner bölgələrdə qalmaq istəmirlər. Paytaxtdan kənarda yaşayamaq sənə mane olmayacaq?

- Onu qeyd edim ki, mən hara gedirəmsə, futbol oynamağa gedirəm. Futbolu da hər yerdə oynamaq olar. Heç vaxt yaşadığım şəhərə önəm verməmişəm.

 - “Xəzər Lənkəran”a gələndə bir hücumçu kimi mövsümü neçə qolla bitirəcəyin barədə qabağına məqsəd qoymusan?

- Heç vaxt mövsümdən əvvəl belə bir proqnoz verməmişəm. Çünki, bu Allahın işidir. Elə bir futbolçu tanımıram ki, mövsümdən əvvəl neçə qol vuracağı haqda proqnoz versin. Bacardığım qədər qol vurmağa çalışacam. (Sportal)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail