Mirhüseyn Seyidov: "Neftçi"ylə oyun mənim üçün xüsusi önəm kəsb etmirdi" - MÜSAHİBƏ

18.08.2015 | 4034 dəfə oxunub

"İnter"in futbolçusu Mirhüsyen Seyidov Premyer Liqanın II turunda  eks klubu"Neftçi"yə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib: 


- Öncə oyun haqda təəssüratlarını öyrənək.

- Əvvəlcədən bilirdik ki, çətin olacaq. Çünki rəqib də ilk turda bizim kimi xal itirmişdi. Həm də “Neftçi” gənc futbolçulardan təşkil olunub ki, onlar da özlərini göstərməyə çalışır. Maraqlı və gərgin oyun keçdi. Biz bu matçda ancaq qələbə üçün çıxmışdıq. Sevinirik ki, qələbə qazandıq və bizə lazım olan 3 xalı əldə etdik.

- “Neftçi”dən ayrıldıqdan sonra ilk dəfədir keçmiş komandana qarşı mübarizə aparırdın.

- Futbolçunun karyerasında hər şey ola bilər. Bu gün bir komandada olaram, sabah başqa birində. Mən artıq hər şeyi unutmuşam. Ona görə də bu oyun mənim üçün xüsusi önəm kəsb etmirdi. Əlimdən gələni edirdim ki, oyunum yaxşı alınsın və komandam qələbə qazansın. Düşünürəm ki, pis də alınmadı. Buna görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm.

- Səncə, “Neftçi”nin vəziyyəti niyə ürəkaçan deyil?

- Qeyd etdiyim kimi, komanda daha çox gənc futbolçulardan təşkil olunub. Samir Əliyev də gənc mütəxəsisdir. Bu gün ona dayaq olmaq lazımdır.  İnanıram ki, zamanla hər şey düzələcək.  Yaxşı çalışmalıdırlar. Başqa heç nə deyə bilmərəm bu haqda. Çünki “Neftçi”nin yetirməsi olmuşam. Bu komanda haqqında mənfi fikir söyləmək istəmirəm. 

- Deyəsən, epizodların birində Araz Abdullayevlə aranızda narazılıq yaşandı.

- Yox, Araz mənim o komandada ən yaxın dostlarımdan biridir. Bu gün “Neftçi”də olan bütün yerli futbolçularla çox yaxşı münasibətimiz var. Amma bu dostluq meydandan kənardadır. Meydanda  biz artıq  rəqibik. Əlimdən gələni komandam üçün etməliyəm.

- Matç başa çatandan sonra “Neftçi” azarkeşləri ilə futbolçuları arasında münaqişə yarandı. Sabiq komandanın bu durumu haqda nə deyə bilərsən?

- Azarkeşlər futbolçulara əl atmaq istəyirdilər. Mən də Arazı çəkdim ki, birdən qalmaqal olar, azarkeşi vurar, sonra ona cəza verərlər. Sadəcə aranı sakitləşdirməyə çalışırdım.

- “İnter”də maliyə məsələləri ilə nə yenilik var? 

- Yəqin ki, rəhbərlik bu əziyyətimizi yerdə qoymaz.

- “İnter” əvvəlki kimi iddialı ola biləcək?

- “İnter” hər zaman iddialı olub və belə də qalacaq. Biz ən azından ilk 3 pillə uğrunda mübarizə aparıb yenidən Avropa Liqasına vəsiqə qazanmağa çalışacağıq. Komandamız heç də öndə gedən klublardan geri qalmır. Hamsı ilə başa-baş mübarizə aparmağa hazırdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail