"Panatinaikos"un baş məşqçisi: "İstənilən oyuna hazırıq"

19.08.2015 | 3194 dəfə oxunub

 “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiou Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaqları ilk oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb:

- Hər bir komandanın keçdiyi yolda çətinlik olur. İstənilən oyuna hazırıq. Heç bir komanda eyni xətt üzrə getmir. “Qəbələ” ilə oyunun bizim üçün xüsusi önəmi var.

- Komandanızda  bəzi zədəli futbolçular var. Sabahkı oyunda bunun çətinliyini yaşaya bilərsiniz?

- Elə də çətinliyimiz yoxdur. Öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. Bu heyətimiz də mübarizə aparmaq əzmindədir.

- Rəqib komandanın kapitanı Cavid Hüseynov sabahkı oyunu buraxacaq.  Bu futbolçu ilə bağlı yaşananlar sizin komandanız üçün üstünlük ola bilərmi? 

- İstənilən halda biz öz gücümüzü göstərəcəyik. Rəqibə yox, öz oyunumuza fikir verməliyik.

- Sizi hansı nəticə qane edəcək?

- Ancaq qələbə.

- Üzünüzdə təbəssüm var. Bu, arxayınlıq əlamətidir, yoxsa necə?

- Nə dərəcədə rahat göründüyümü bilmirəm. Ancaq Avropa Liqasında asan oyun olmur. Komandama inamıma gəldikdə isə bəli, futbolçularıma güvənirəm.

- “Qəbələ” haqda məlumatlısınız?

- Azərbaycan futbolu haqda elə də məlumatlı deyildik. Ancaq “Qəbələ”nin son oyunları, xüsusilə də “Apollon”la görüşündən sonra rəqibə bələd olduq. Artıq “Qəbələ” bizim üçün tanınmış rəqibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail