"Panatinaikos”un baş məşqçisi: "Qələbəyə yaxın idik"

21.08.2015 | 3743 dəfə oxunub

"Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ”ylə oyundan sonra (0:0) jurnalistlrin suallarını cavablandırıb: 

Hər iki tərəfi yaxşı oyuna görə təbrik edirəm. Fikrimcə, qələbəyə yaxın idik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Amma rəqib də qol vura bilmədi. Oyunçularım bacarıqlarını göstərdilər. Artıq Afinadakı görüşə köklənəcəyik. Mən stadiondakı atmosferə və dostluq münasibətinə görə, “Qəbələ” klubuna və Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm ki, eyni dostluq münasibətini biz də Yunanıstanda göstərəcəyik”.

- Düzdü, komandanız məğlub olmadı. Düşünmürsüz ki, qələbə qazansaydınız, işiniz daha asan olardı?

- Artıq düşünməkdən keçib. 10 gündə 4 önəmli oyunumuz var. Artıq biri geridə qaldı. Biz cavab matçının önəminin fərqindəyik.

- Qələbəni əldən verdiniz, yoxsa məğlubiyyətdən qaçdınız?

- Əldə olunan hesab barədə düşünməyə dəyməz. Bundan sonra tam diqqət cavab görüşünə yönəlib.

- Bir epizodda Rikardinyo sizin zədələnən oyunçunuza yardım etmək istəyəndə, “Panatinaikos”un digər oyunçusu ona sərt reaksiya göstərdi. Bunu necə başa düşmək olar?

- Bu, futboldu. Belə hallar baş verə bilər. Komanda yoldaşının meydançada əziyyət çəkdiyini görən oyunçu bundan narahatlığını büruzə verirdi. Bunu sırf oyun epizodu kimi qiymətləndirmək lazımdı. Həmin futbolçumuz xəstəxanaya aparılıb. Komanda birlikdə qayıda bilməyəcək. Bir gün xəstəxanada qalacaq. Zədəsinin hansı durumda olduğunu isə hələ dəqiq bilmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail