"Qarabağ"ın qələbəsi mənə ən gözəl ad günü hədiyyəsi oldu"

21.08.2015 | 3949 dəfə oxunub

Bu gün "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist, Rəşad Məcidin 51 yaşı tamam olur. R.Məcidin bakuinfo.az saytına verdiyi müsahibəni təqdim edirik.

- Rəşad müəllim, istərdim ənənəvi doğum günü sualımızı cavablayasınız. İlk təbriki kimdən aldınız?
- Dünən gecə "Qarabağ"ın Avroliqanın pley-off mərhələsi çərçivəsində "Yanq Boyz"la oyunu var idi. Bildiyiniz kimi mən də həmişə bu komandanın oyunlarına getmişəm, dəstəkləmişəm və "Qarabağ"ın beynəlxalq yarışlarda iştirakının həm də siyasi məsələ olduğunu söyləmişəm. Dünən də doğma komandamın oyununa baxırdım. İkinci hissə başlayan kimi çox gözəl bir qol vurduq. Hesab edirəm ki, bu qol ad günümün başlanğıcında ilk təbrik və ən gözəl hədiyyə oldu. Oyundan bir az sonra "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov da mənə dedi ki, bu sizin ad gününüzə ən gözəl hədiyyədir. Eyni zamanda saat 12 olan kimi doğma insanlar, əziz adamlar SMS yazmağa başladılar. Bu təbriklər və xoş sözlərdən heç vaxt xali olmamışam. Ötən il 50 yaşım tamam olanda haqqımda yazılan məqalələrdən, yazılardan ibarət "Cığıraçan" adlı bir kitab çap etdirdim. Orada çox gözəl sözlər var ki, bəlkə kimlərəsə ömrü boyu elə sözlər deyilməyib. Ona görə sözdən təsirlənən adam kimi bunlara yüksək qiymət verirəm. Candərdi təbriklərlə ürəkdən gələn təbrikləri də seçə bilirəm. Bu gün səhərdən həm sosial şəbəkədə, həm SMS, həm zənglərlə təbrik edirlər. Hamısı sağ olsun, minnətdarlığımı bildirirəm.

- Rəşad müəllim, o dediyiniz candərdi təbriklərə candərdi cavab verirsiniz, yoxsa?
- Adətən sosial şəbəkələrdə belə təbriklər çox olur və hamısına geniş cavab vermək mümkünsüzdür. Ürəkdən gələn təbriklərə çalışıram ki, ürəkdən cavab verim. Amma digərlərinə "protokola" uyğun minnətdarlığımı bildirirəm.

- Xüsusi gözlədiyiniz təbrik olur? Çünki yaradıcı insan üçün bu çox vacibdir...
- Əlbəttə, insan müxtəlif vaxtlarda, müxtəlif illərdə kimlərinsə təbrikini gözləyir. Amma adətən təbrik gözlədiyim adamlar təbrikləri vaxtında göndərirlər.

- İnsan doğum günündə həm də özünə hesabat verir, bir il ərzində itirdiklərini, qazandıqlarını yada salır. Bu mənada qazancınız daha çoxdur, itirdikləriniz?
- Keçən ildən bəri həyatım zəngin oldu. Əlli yaşımdan sonra kitablar çap etdirdim. Şeirlərimdən ibarət "Bir də gəlməyəcək" kitabı çıxdı, akademik İsa Həbibbəyli haqqımda kitab yazdı və məni yazmağa sövq elədi. Bu yaxınlarda Milan şəhər bələdiyyəsinin binasında italyan dilində çapdan çıxmış "O"  adlı şeirlər kitabım və şeirlərimə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirildi.

- Yeri gəlmişkən, son vaxtlar şeirlərinizə bəstələnən mahnıların sayı artıb...
- Doğrusu, şeirlərimə mahnıların bəstələnməsi mənim özümdən asılı olmadan artdı. Xumar Qədimova da sağ  olsun, "Bir də gəlməyəcək" şeirimə musiqi bəstələdi. Həmçinin Tünzalə Ağayevə, Ayan Babakişiyeva da şeirlərimə mahnılar oxuyublar. Bu yaxınlarda xalq artisti Nəzakət Teymurova "O" adlı şeirimə bəstələnmiş mahnını oxuyacaq.

- Jurnalist lazımı məqamda sərt ola bilir. Şair isə kövrək təbiətə malik insandır. Xarakterinizdə bu iki keyfiyyətdən hansı üstünlük təşkil edir?
- Mənim xarakterim ziddiyyətlidir. Yaradıcı adam bir anın içində coşa da, sevinə də, qüssələnə də bilər.  Şeir isə insan vəziyyətinin anormal halıdır və bu həmişə olmur. Bəzən olub ki, 15 il şeir yazmamışam. Şeir ovqatı ayrıdır. Şübhəsiz ki, gündəlik tədbirlərdə, ictimai-siyasi proseslərdə iştirak edirəm.  Ola bilsin ki, emosional ovqatım bəzən müsahibələrimdə, çıxışlarımda da özünü büruzə verir. Hər halda çalışıram ki, proseslər daha soyuqqanlı baxım.

- Bilirəm ki, 10, 15, hətta 30 ildir dostluq etdiyiniz insanlar var. Belə uzunmüddətli dostluğun formulu çox maraqlıdır...
- Bir neçə aylığımdan dostluq elədiyim insan var və bu, Azərbaycanda nadir hadisədir. Körpəlikdən dostluq etdiyim Vaqiflə indi də münasibətlərimiz yüksək səviyyədədir. Ondan başqa orta məktəbdən, ali məktəbdən də dostlarım var. Ola  bilsin ki, insanlarla ünsiyyətdə səmimi, düz olmuşam, heç vaxt oynanamışam.  Nəyəmsə, o olmuşam, qəzəbimi də, sevgimi də görüblər. Ona görə tellər möhkəm bağlanıb.

- Rəşad müəllim, kədərli də olsa, Ağdamsız növbəti doğum gününüzdür...
- Bayaq da dedim, "Qarabağ"ın qalib gəlməsi Ağdamsızlığı bizə bir az unutdurur, məğlubiyyət kompleksini aradan götürür. Əminəm ki, gün gələcək, üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda dalğalanacaq.

Redaksiyadan: Stadium.az saytının kollektivi Rəşad Məcidi təbrik edir, ona cansağlığı və işlərində uğurlar arzulayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail