Tuyqun Nadirov: "FİFA-nın bizə qarşı qərəzi var" - MÜSAHİBƏ

12.09.2015 | 3796 dəfə oxunub

Bildiyiniz kimi, “Xəzər Lənkəran” klubu FİFA-nın məlum cəzası üzündən yay transfer dövründə heyətə qatdığı futbolçuları sifariş edə bilmir. Bu səbəbdən də, KİV-i maraqlandıran məsələlərə aydınlıq gətirmək üçün “Xəzər Lənkəran” kluu mətbuat konfransı keçirdi. Klubun vitse-prezidenti Tuyqun Nadirov qaranlıq məqamlara aydınlıq gətirdi:

- Bura gəldiyiniz üçün hər birinizə təşəkkür edirik. Bu gün söhbət ondadır ki, “Xəzər Lənkəran” haqsızlıqla üzləşib. Bu da müəyyən sanksiyalardan sonra olub. 2014-cü il avqustun 20-də qərar çıxıb və 21 oktyabrda bizə göndərilib ki, ardıcıl iki ytransfer dövründə biz transfer edə bilmərik. Bu qadağa da bu ilin avqust ayında qüvvədən düşüb. Bununla da biz yeni futbolçular heyətə cəlb edə bilək. Bütün bunlar da sizə verdiyimiz sənədlərdə öz əksin tapıb. Sənədlərdən də görünür ki, bizə qarşı bir haqsızlıq tətbiq edilir.

Buna görə də FİFA-ya müraciət etmişik. Onlardan bizə məktub ünvanlanıb. Bizə açıq şəkildə bildirirlər ki, FİFA-nın məqsədi bizə qarşı qərəzlidir və komandanın zəifləməsini istəyirlər. Biz istəyirik ki, düzgün reqlament tətbiq edilsin. Buni isə etmirlər. Onlar bunu onunla əsaslandırırlar ki, qadağa komandaya təsir etsin və “Xəzər Lənkəran” zəif çıxış etsin. Onlar özləri də etiraf edirlər ki, bizə qarşı tətbiq etdikləri qərar heç bir qanuna əsaslanmır.

Biz buna görə də, İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyik. CAS özü 2012-ci ildə qayda tətbiq edib ki, biz buna uyğun olaraq futbolçu sifariş edə bilək.

 - Belə olduğu halda yeni transferlərin taleyi necə olacaq?

- Biz bu transferləri həyata keçirəndə hem bir qanun pozuntusuna yol verməmişik. Sənədlərə əsasən qərar çıxardılıb, biz də buna uyğun hərəkət etmişik. Ancaq FİFA-nın qərəzli mövqeyi bizim komandanı zəiflədir. Həmin futbolçularla da söhbət edək. Xaricdə də bu hal var. Futbolçu gəlir komandaya, 6 ay gözləyir, cəza bitir, oynayırlar. Biz də həmin futbolçuları başa düşürük. Aralarında milli komandanın üzvləri var. Onlarda oynayıb oyun praktikası qazanmalıdırlar. Biz haqlı olduğumuzu bilirik və buna əminik. AFFA da bu məsələdə bizi dəstəkləyir. Onlarda maraqlanıblar bu işlə. İndi AFFA da bu məsələdə bizə haqq qazandırır. Avropa Klublar Asossiasiyası da bu məsələdə bizi müdafiə edir və haqq qazandırır. Bir neçə il əvvəl 6 xal məsələsində də FİFA bizə qərəzli qərar qəbul etmişdi və sonradan səhvlərini anladılar.

- Mətbuatda yazılmışdı ki, bu gün “Qarabağ”a qarşı oynamasalar, Vüqar Nadirovla Ruslan Abışov “Neftçi”yə keçəcək.

- Mən bilmirəm bu məsələlər haradan qaynaqlanır. Bizə də zaman lazımdır ki, bu işləri aradan qaldıraq. Dünən iş saatının son dəqiqəsində bizə məktub ünvanlayıblar. Bu gün sabah da bizdə iş günləri deyil. Bu məsələnin həll edilməsi 10 gün çəkəcək. Bu da hamı üçün çox çətindir və ağır dönəmdir. Biz şikayətimizi vermişik. İstəyirik ki, CAS FİFA-nın bu məktubunu yekun qərar kimi qəbul etsin.

- Bayaq dediz ki, FİFA-nın bizə qarşı qərəzi var. Maraqlıdır, FİFA-nın sizə qarşı nə qərəzi ola bilər?

- Qanunda bildirilir ki, 31 avqustdan sonra biz futbolçu sifariş edə bilərik. Əgər bizdə qanunda olduğu kimi futbolçu sifariş edə bilmiriksə, demək, ortada nəsə qərəz var. Biz qanuna dayanırıq, qanunla hərəkət edirik.

- Qalin İvanovla bağlı siz də CAS-a şikayət edəcəksiz? Yoxsa 57 min avronu ödəyəcəksiz?

- Sonradan bu məsələyə baxıldı və FİFA bu məbləği bizə sərf edəcək qədər azaldıldı. Hardasa 200 min avroya qədər bu məbləğ azaldılıb. O, noyabr və dekabr ayınd komandada olmaması, düşərgəni özbaşına tərk etməsi nəzərə alınıb. Bu da bizi qane edir və CAS-a şikayət etməyəcəyik. Biz də bununla bağlı futbolçu və onun vəkiliylə danışmışıq. Heç bir problem yoxdu. Müəyyən mərhələlərlə biz bunu həll edəcəyik.

- Bəs Eder Binfim?

- Həmin məsələdə FİFA Ederin fikrini tam qərar qəbul etmişdi. Ancaq CAS bunu aşağı endirdi. Yaxın günlərdə bununla bağlı qərar veriləcək.

- Azərbaycand 10 klub var. Niyə bütün problemlər sizinlə bağlı olur?

- Komanda son 10 ildə şikayətlərə görə ödədiyi cərimənin ümumi məbləğini götürsək, başqa komandaların ödədiyi cərimənin heç beşdə biri qədər də deyil. Bir çox məsələlər var ki, biz futbolçulardan şikayət etmişik. Azərbaycanda ilk dəfə olaraq əcnəbi futbolçudan təzminatı “Xəzər Lənkəran” alıb. Xorxe Dias adlı futbolçu vardı. 2006-cı ildə düşərgədən özbaşına getdiyi üçün ondan şikayət etdik və udduq. Hətta futbolçuya sanksiya da tətbiq edilib.

- Əgər bu məsələ öz həllini tapmasa, sizi hansı problemlər gözləyir?

- Bizim komanda həmişə iddilı olub. Elə ötən il də. Komandaya yeni baş məşqçi gətirildi. O, öz heyətini qurdu. Elə bu mövsüm də. Biz iddialı çıxışımızı davam etdirmək istəyirik. Biz yenə də haqlı olduğumuz halda haqsız duruma düşmüşük. Sizə təqdim edilən sənədlərdə də bu, öz əksin tapır.

- Son zamanlar klubla bağlı mətbuatda çox xəbərlər yayılır. Maaşların gecikdirilməsi, kluba maddiyatın azaldılması və.s. Bu məsələlərə aydınlıq gətirərdiz.

- Hal hazırda elə bir futbolçu yoxdur ki, məvacibini almadığı üçün komandadan gedib. 3 gün tez, 3 gün gec pullarını alırlar. Komanda avqust ayının da əmək haqlarını alıblar. Komandanın avqust ayındakı çıxışını da gördüz. Onlar necə can yandırırdılar. O ki qaldı fəxri prezidentə (Mübariz Mənsimov) o, həmişə komandanın yanındadır. Komandada baş tutan istənilən işdə Mübariz müəllimin xeyir-duası alınır. Komandada baş verən istənilən hadisədən ilk xəbər tutan iki şəxsdən biri Mübariz Mənsimovdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail