Aleksey Antonov: "Buna görə də yekunda məğlub olduq" - MÜSAHİBƏ

13.09.2015 | 3649 dəfə oxunub

"Qəbələ"nin hücumçusu Aleksey Antonov Azərbaycan Premyer Liqasının 4-cü turunda “İnter”ə uduzduqları görüşdən (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. 


- “Qəbələ” cari mövsüm ilk məğlubiyyətini aldı. Oyun haqda nə deyə bilərsən?

- Qarşılaşmanın gedişində müəyyən səhvlər buraxdıq. Buna görə də yekunda məğlub olduq. “İnter”lə matçda yaxşı oynadığımızı söyləmək olmaz.

- Bəlkə komanda əsas gücünü Avropa Liqasının qrup mərhələsində qarşılaşacağınız PAOK-la oyuna saxladı.

- Yox. Biz yalnız “İnter”lə oyunu düşünürdük. Birinci hissədə ardıcıl 2 qol buraxdıq və bu komandaya pis təsir etdi. İkinci hissədə çox çalışsaq da, toparlana bilmədik.

- Səncə, bu məğlubiyyət PAOK-la oyunda komandaya psixoloji cəhətdən problem yarada bilər?

- Bu oyunu unutmalıyıq və buraxdığımız səhvləri götür-qoy etməliyik.

- Bir neçə gün əvvəl Ukrayna mətbuatına verdiyin müsahibədə azərbaycanlı jurnalistlər haqda səsləndirdiyin fikirlər böyük səs-küyə səbəb olub. Bundan xəbərin var?

- Mən müsahibəmdə azərbaycanlı jurnalistlər haqda pis söz deməmişəm.

- Amma sənin dediyin sözləri bütün jurnalistlər özünə götürüb. 

- Niyə? Orada mən konkret bir sual haqda danışmışam.

- Axı bütün jurnalistləri qeyri-peşəkarlıqda ittiham etmisən...

- Elə söz deməmişəm. Jurnalistlər barədə konkret fikir bildirməmişəm.

- Xəbərin var ki, sosial şəbəkələrdə əksər jurnalistlər səni boykot etmək istədiklərini yazıblar. 

- Bu sizin haqqınızdır. Amma yenə deyirəm ki, mən heç kimi incitmək istəməmişəm. Sadəcə, oyunumla bağlı verilən sual xoşuma gəlməyib.

- Düşünürsən ki, jurnalistlər oyununla bağlı sənə sual verə bilməz?

- Məsələ burasındadır ki, bu, həmin anda mənə sual formasında deyilməmişdi. Jurnalist əminliklə oyunum haqda mənfi fikir səsləndirdi.

- Jurnalistin futbolçuya “niyə pis oynadın” sualını ünvanlamağa haqqı çatmır?

- Axı mən jurnalistlərin işini qiymətləndirmirəm.

- Bizim işimiz bu və ya digər futbolçunun oyununa qiymət verməkdir...

- Belə çıxır mən də sizin işinizə qiymət verə bilərəm. Mənə qalmaqal lazım deyil. Təkrar edirəm ki, heç kimi incitmək istəməmişəm. Mən heç kimi küsdürmək və ya təhqir etmək fikrində olmamışam.

- Deməli, Aleksey Antonovun azərbaycanlı jurnalistlərlə heç bir problemi yoxdur?

- Əlbəttə ki, yox. Birinci dəfə deyil ki, sizə müsahibə verirəm. Sizin haqqınızda heç yerdə pis söz danışmamışam və azərbaycanlı jurnalistlərin pis olduğunu da düşünmürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail