Marko Şarliya: "Nə deyəcəyimi bilmirəm" - MÜSAHİBƏ

26.09.2011 | 7069 dəfə oxunub

"Bakı"nın qapıçısı Marko Şarliyanın müsahibəsi:

İlk turlardakı ardıcıl xal itkilərinə səbəb nə idi?

- Futbolda belə şeylər olur. Komanda yenidən qurulub, yeni gələnlərin uyğunlaşması üçün vaxt lazımdır. Belədə bəzən nəticə olmur və eniş baş verir. Bizim üçün də mövsüm yaxşı başlamadı və ardıcıl xallar itirdik. Amma yavaş-yavaş özümüzə gəlirik. Ötən mövsüm bizim üçün uğursuz başa çatdı. İlk «altılıq»da yer alsaq da, mükafatçılar arasında yer almadıq. Kubokda da mübarizəni yarımfinalda dayandırdıq. Bundan sonra heyətdə dəyişiklər oldu. Yeni oyunçuların gəlişi ilə komandamız gücləndi. «Bakı»nın hədəfi hər zaman çempionluq və ölkə kubokunu qazanmaq olub. Bu mövsüm də qarşımızda duran məqsəd hər iki tutulu qazanmaqdır. 
«Kəpəz»ə gözlənilməz məğlubiyyət komandanın özünə gəlməsində rol oynadı?
- Digər iddialılarla müqayisədə, mövsümə yaxşı başlamadıq. Qələbə qazanmağa yaxın oyunlarda xallar itirdik. «Kəpəz»ə məğlub olandan sonra toparlana bildik. Artıq uğursuzluqlar arxada qaldı. İndi önümüzə baxmalıyıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin oyunlarda qələbə qazanıb, uğurlu çıxışımızı davam etdirməliyik. 
Geridə qalan turlarda «Bakı» 5 penaltidən istifadə etməyib. Bunu nəylə bağlayırsan?
- Nə deyəcəyimi bilmirəm. Penaltilərdən qol vurmamağımızın sirrini bilsəydim, elə komanda yoldaşlarıma deyərdim. Maraqlısı odur ki, penaltini qaçırdığımız oyunlarda qələbə qazanmışıq. Futbolda belə şeylər olur.
Mən də başa düşürəm ki, belə şeylər olur. Amma beş dəfə yox da…
- Gördüyünüz kimi, beş penaltini də qaçırmaq olur. Bunun üzərində daha çox çalışmalıyıq ki, penalti zərbələrində dəqiq olaq. Ümidimizi penaltilərə bağlamalı deyil, oyunda qol vurub matçın taleyini həll etməliyik.
Sənə elə gəlmir ki, hücum xəttində işlər hələ qaydasına düşməyib?
- Verpakovski və Parks güclü hücumçudur. Onların bir yerdə oynamasına mən deyil, baş məşqçi qərar verir. Onun da işinə mən qarşıa bilmirəm. Ola bilsin ki, bu gün hələ bir-birlərini yaxşı başa düşə bilmirlər. Amma vaxt gələcək ki,  hər ikisi qollara ilə azarkeşlərimizi sevindirəcək. 
Üç ildən çoxdur «Bakı»da çıxış edirsən və komandanın əsas qapıçısısan. Aqil Məmmədovu layiqli əvəzləyici sayırsan?
- Aqil gənc və perspektivli qapıçıdır. Biz birlikdə məşq edirik. O, məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Aqil insan və qapıçı kimi xoş davranışıyla seçilir. Onun gələcəkdə komandaya xeyiri dəyəcəyinə inanıram.
Aleksandrs Starkov tələbkar baş məşqçidir. O, gələndən sonra komandada çox şey dəyişib?
- Starkov özünü subut etmiş məşqçilərdən biridir. Latviyanı Avropa çempionatının final mərhələsinə çıxarıb. Mənə elə gəlir ki, onun necə məşqçi olmasına bu fakt kifayət edər. Ona hörmət edirəm. Çünki o da hamımıza hörmətlə yanaşır.
Klubunuzun prezidenti Hafiz Məmmədov bildirib ki, komandasının çempion olacağına inanır…  
- Rəhbərliyin fikirləri ilə razıyam. Hafiz Məmmədov bizim rahatlığımız üçün hər cür şərait yaradıb. Komandanın şəxsi bazası və məşq meydançaları var. Belə şəraitdə nəticə göstərməmək «Bakı»nın adına yaraşmaz. Bunun qarşılığını uğurlu çıxışla verməliyik. Ona görə də həm çempion olmaq, həm də kuboku qazanmaq bizim üçün daha vacibdir.
Sonuncu dəfə klubu rəhbəri ilə sizinlə görüşəndə nə dedi?
- Onlarla futbolçular arasındakı söhbət kənara çıxmamalıdır. Orda olanlar öz aramızda qalır. Klubun daxilində olanları açıqlamaq düzgün deyil.  Klub rəhbəri bizə nə deyib, onlar qaldı bazada. Bu haqda danışmaq istəmirəm. Klubun daxilində olanları kənara çıxarmaq futbolçuya yaraşmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail