Fariz Yusifov: "Çıxartdığım qərarda heç vaxt səhv edə bilmərəm" - MÜSAHİBƏ

28.09.2015 | 3532 dəfə oxunub

Sabiq FİFA referisi Fariz Yusifovun müsahibəsini təqdim edirik:

- Azərbaycan çempionatının VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçı çoxdan bitsə də, oyunla bağlı müzakirələr bitmək bilmir. Əksəriyyət qonaqların qapısına penalti təyin etdiyiniz epizodda qayda pozuntusunun olmadığını düşünür. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da saytımıza müsahibəsində həmin fikri təsdiqləyib...

- Mənim sədrim deyib ki, penalti yox idi?

- Bəli, Xaqani müəllimin özü də 11 metrlik cərimə zərbəsinin təyin edilməsini yanlış hesab edir...

- Mənim fikrim meydanda olur. Çıxartdığım qərarda heç vaxt səhv edə bilmərəm. Bir-iki saytda oxuyuram ki, yazırlar şablon təyin olunmuş qayda pozuntusudu. Şablon sözü Konstitusiyada qayda-qanun deməkdi. Açın, baxın 12-ci oyun qaydasına, orda göstərilir ki, rəqibi tutmaq və itələmək nədi? Mən qaydalardan kənar heç bir qərar verməmişəm. Qaydalar nə deyirsə, ona uyğun hərəkət etmişəm. O mənim günahım deyil ki, epizod 90-cı dəqiqədə baş verir, yoxsa oyunun əvvəlində.

- Qərarınızın yanlış olmadığını və qaydalara əsasən hərəkət etdiyinizi deyirsiz. Onda belə çıxır ki, sizi haqsız sayan HK sədri Xaqani Məmmədovun qaydalardan xəbəri yoxdu?

- Bu nə sözdü? Mənim sədrim barədə niyə belə fikirdəsiniz?

- Sizin dediklərinizdən elə çıxır. Doğru qərar verdiyinizi bildirirsiz, halbuki Xaqani Məmmədov həmin epizodda yanlış qərar qəbul etdiyinizi düşünür. Burdan hansı qənaətə gəlmək olar?

- Mən sədrimin sözlərinə cavab verməliyəm, yoxsa öz etdiyim hərəkətə görə? 12-ci oyun qaydalarında göstərilmiş bəndə uyğun hərəkət etmişəm. Qaydalara uyğun cərimə zərbəsidi, vəssalam.

- Həmin qarşılaşmada köməkçilərinizin işindən necə, razı qaldızmı?

- Mən oyun barədə bir söz deyə bilmərəm. Bu barədə matçın inspektoru danışa bilər. Qiymətləndirmə sisteminə o cavabdehdi, mən yox.

- Yeri gəlmişkən, Xaqani Məmmədov müsahibəsində sizin cəzalandırılacağınızı da deyib...

- Fariz Yusifov haqlı və ya haqsız o qədər cəzalara məruz qalıb ki. Odu ki, bu söz mənim üçün yeni deyil. Haqlı, haqsız o qədər cəzalandırıblar ki məni. Əsas odu, vicdanım təmizdi.

- Tətbiq olunacaq cəza sizi qorxutmur?

- Fariz Yusifov Allahdan başqa heç kimdən qorxmur. Mən haqlıyam, heç nədən qorxmuram.

- Bu mövsüm hakimlik karyeranızda sonuncu ola bilər, yoxsa hələ fəaliyyətinizi davam etdirmək niyyətindəsiz?

- Mənim hələ elə yaşımdı ki, karyeramı bitirmək barəsində, ümumiyyətlə, fikirləşmirəm. (apasport)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail