Roman Qriqorçuk: “Krasnodar” haqda danışa bilmərik"

30.09.2015 | 4210 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində "Krasnodar"la səfər oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


- Komandanız “Krasnodar”la oyuna hazırdır?

-Bu matça yaxşı hazırlaşmışıq. Amma hər zaman daha yaxşı olmağa çalışırıq.

- Start heyəti müəyyənləşdirmisinizmi?

- İlk “11”lik hələlik bəlli deyil. Bunun üçün ilk öncə məşqçilərlə məsləhətləşməliyik. Yəqin ki, bu gün axşam bununla bağlı yekun qərar veriləcək.

- “Krasnodar” Rusiya Premyer Liqasında oynadığı “Terek”lə son maçda çox zəif çıxış etdi. Bu, sizin üçün əlavə üstünlük verirmi?

- Biz bir oyunun nəticəsinə görə “Krasnodar” haqda danışa bilmərik. Əlbəttə,  “Terek”lə matçda zəif çıxış etdilər. Amma əvvəlki oyunlara baxanda rəqib güclü komandadır. Onların təcrübəli baş məşqçisi və yaxşı futbolçuları var. Bu, onların güclü tərəflərindən biridir.

- Rəqib baş məşqçini yaxşı tanıdığınızı söylədiniz. Onun rəhbərlik etdiyi komandaların üstünlüyü nədən ibarətdir?

- Deyə bilərəm ki, “Krasnodar” çox tez qərarlar verə bilir. Rəqibin belə üstün oynamasında isə bu məşqçi çox iş görüb.

- Rəqib baş məşqçiyə hansısa sürpriz hazırlamısınız?

- Biz ilk dəfə deyil ki, sürpriz göstəririk. Çox güclü komandalara da sürpriz etmişik. “Krasnodar”la matçda da hücumda yaxşı oynayıb, rəqibə ən gözəl oyunumuzu göstərməyə çalışacağıq.

- Azərbaycan və Rusiya milli komandaları arasında keçirilən matçlarda ən çox qol vuran Vaqif Cavadovun durumu nə yerdədir?

- Çox böyük bir sual idi. Çünki burda milli komandaların tarixinə toxundunuz. Amma deyəcəyim tək şey onu toyu münasibəti ilə təbrik edirəm.

- Vaqif Cavadovla Floreskunun daha öncə  Rusiya çempionatında 
oynaması işinizə yaradımı?

- Düşünürəm ki, bu, mənasız bir şeydir. Kimsə, nə vaxtsa Rusiya çempionatında oynayıbsa, ondan məlumat almaq vaxt itkisidir. Biz rəqibi daha yaxşı analiz edib, üzərimizə düşən işin öhdəsindən gəlməliyik.

- Rəqibin daha çox qol vurmağı sizi narahat edir, yoxsa əksinə “Krasnodar”ın  müdafiə xəttində problemlərin olmasından istifadə edəcəksiniz?

-Bunları ayırmaq istəmirəm. Əgər biz rəqibin hücumunun qarşısını alıb, müdafiədəki səhvlərdən istifadə edə bilsək uğur qazana bilərik. Bunlardan ayrı ayrılıqda istifadə etmək olmaz.

-Hansı hesabla qalib gələ bilərsiniz?

-İlk mərhələdə də qeyd etmişdim, yenə də deyirəm - 5:0 (gülür). Təbii ki, bu, bir zarafatdır



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail