Aleksandr Səmədov azərbaycanlı azarkeşlərə ismarıc göndərdi

27.09.2011 | 6086 dəfə oxunub

Rusiyanın “Dinamo” (Moskva) klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov müsahibəsində Azərbaycan yığmasından imtinasından və Rusiya seçməsinə aldığı dəvətdən danışıb.

- Rusiya yığmasına dəvət aldığınızı nə vaxt bildiniz?
- Bu haqda birinci jurnalistlərdən eşitdim. Onlar zəng edərək bildirdilər ki, Rusiya yığmasının baş məşqçisi Dik Advokatın dəvət göndərdiyi futbolçuların siyahısında mən də varam. Aydın məsələdi ki, bu, mənim üçün sevindirici bir xəbər idi. Axı mən bu dəvəti çoxdan gözləyirdim. Digər tərəfdən də təəccüblənmədim. Çünki bunun üçün mümkün qədər yaxşı oynamağa çalışırdım. Hər futbolçu yığmada oynanamağı çox istəyir.
 
- Amma hələ sizin əsas heyətə düşüb-düşməyəcəyiniz bəlli deyil...
- Mən də hələ bu barədə dəqiq heç nə deyə bilmərəm. Hazırda məni daha çox “Dinamo”nun oyunları düşündürür. Bizi qarşıda çətin Samara sınağı gözləyir. Odu ki, hələlik bütün fikirlərim kluba yönəlib. Yığma haqda sonra düşünərik. Əsas odu ki, dəvət almışam. Oynayacağım isə ayrı məsələdi.
 
- AFFA da sizdən cavab gözləyirdi...
- Avqustda biz sadəcə görüşdük və detalları müzakirə etdik. Mən sizin assosiasiyaya konkret heç bir söz verməmişdim. Onlar mənimlə maraqlanmaq istəyirdilər. Söhbət etməyimizə şad oldum, vəssalam.
 
- Bilmək istərdik, niyə seçiminizi məhz Rusiya yığmasının lehinə etdiniz?
- Mən həmişə deyirdim ki, məni məhz Rusiya yığması maraqlandırır. Bu komandada oynamaq istəyirdim və bunun üçün hər şeyi etdim. Bu seçimim üçün çoxlu amillər var. Mən Rusiyada çıxış edirəm və bu ölkənin yığmasında oynamaq istədiyimi də çoxdan deyirdim.

- Onda sualı belə qoyaq: Niyə Azərbaycana yox dediniz?
- Bunun üçün də müxtəlif amillər var. Mən Azərbaycan millisini seçə bilməzdim. Mən Rusiya yığmasında oynamaq istəyirdim və şadam ki, bu istəyimə nail oldum. Çoxları elə düşünür ki, Rusiyada mənimlə məhz AFFA rəhbərliyi ilə görüşümdən sonra maraqlanmağa başladılar. Amma bu, belə deyil. O görüşə qədər də Azərbaycan millisində oynamağımın mümkünsüzlüyünü demişdim və bunu bilirdilər.
 
- Sizcə, Moskva “Spartak”ında çıxış edən Emin Mahmudov necə seçim edəcək?
- Bilmirəm. Onun özündən soruşun. Mahmudov öz seçimini etməlidi. Hər bir futbolçu necə istəyirsə, elə də etməlidi. Mən onun yerinə verəcəyi qərarı şərh etmək istəməzdim.
 
- Siz Rusiya yığmasının heyətində Azərbaycana qarşı oynamaq üçün Bakıya gələ bilərsiz...
- Bəli, hər şey mümkündü. Hələ bu haqda danışmaq çox tezdi. Amma mən ilk növbədə Rusiya yığmasında möhkəmlənmək barədə düşünürəm.

- Azərbaycanlı azarkeşlərə son sözünüz?
- Hamısına uğurlar arzulayıram. Qoy məndən inciməsinlər. Hər şey yaxşı olacaq.

azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail