Qurban Qurbanov: "Reynaldo barədə tam fikir bildirə bilmərik"

17.10.2015 | 3589 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ni 4:1 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Beş qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı. Azarkeşlər üçün maraqlı, bolqollu qarşılaşma  izlədik. "Zirə"  pis oynamadı. Oyuna yaxşı hazırlaşmışdıq. Hər şey istədiyimiz kimi alındı, bəzi səhvləri çıxmaq şərtiylə.


- Zədəlilərlə bağlı vəziyyət nə yerdədi?
- Mövsümün bu dövrü futbolçuların yükləndiyi vaxdı. Reynaldo barədə tam fikir bildirə bilmərik. Həkimlərin müayinəsindən sonra konkret fikir bildirə bilərik. Maksim artıq məşqlərə başlayıb. Cavidin isə bir həftəyə 10 günə məşqlərə başlayacağı güman olunur. İlqarın zədəsiylə bağlı konkret məlumatım yoxdu.


- Məşqçiliyə yeni başlayanda sizə təzyiq çox olsa da, klub sizin arxanızda dayandı. Ancaq son vaxtlarda Azərbaycan klublarında ardıcıl istefalar başladı. Sizcə, bu nə ilə bağlıdı?
- Məşqçilik elə peşədi ki, burda mütləq klub rəhbərliyi ilə dialoqda olmalısan. Düzünü desəm, onları inandırmağı bacarmalısan. Bəzən olur ki, çempion olan məşqçilər belə klubu tərk edir. Bunun da səbəbi rəhbərliklə məşqçi arasında fikir ayrılığıdı. Mən öz yerimə danışa bilərəm. Mənim klub rəhbərliyi ilə dialoqum alınır.  Məncə bu, həmin məşqçilər üçün yaxşı təcrübə oldu. Uğursuzluq həmişə ola bilər. Mourinyo da son vaxtlar uğursuzluqla üzləşir.


- Penalti barədə nə deyə bilərsiz?
- Penalti var idi ki, verildi. Keçən oyunda penalti qərarına şübhə ilə yanaşmışdım. 


- Yeganə məğlubiyyətsiz komandasız. Bu komandada arxayınçılıq yarada bilər?
- Arxayınçılıqdan qaçmaq mümkün deyil. Ancaq maksimum çalışırıq ki, bu olmasın. Qarşıda "Monako"yla oyun var. Hər halda, biz də nə vaxtsa məğlub olacağıq.


- Səmimi deyin, "Qəbələ"dən başqa kimisə çempionluq uğrunda mübarizədə rəqib kimi görürsüz?
- "Qəbələ" ən real namizəddi. Ancaq futbolda hər şey ola bilər. Çempion olmaq üçün hər oyunda qalib gəlməliyik. 


- "Sent-Etyen"lə "Monako"nu müqayisə edərdiz...
- Bu komandaları müqayisə etmək istəməzdim. "Monako" tam fərqli oyun sərgiləyir. Onların hər an oyunun taleyini dəyişəcək oyunçuları var. Məncə, hamısı  eyni səviyyəli komandalardı. Ola bilsin, bəzi komponentlərdə hansısa üstünlüyü ola bilər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail