Roman Qriqorçuk: “Düşünmürəm ki, sabah sakit otura biləcəm”

21.10.2015 | 3116 dəfə oxunub

“Qəbələ” klubu sabah Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Bakıda Dortmund “Borussiya”sını qəbul edəcək. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk bu gün oyunqabağı təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyunda sizin qələbənizə çox az ümid var. Siz necə düşünürsüz?

- Mən bununla razı deyiləm. Əgər bizim qələbə üçün bircə şansımız da olsa, biz bunun üçün əlimizdən gələni edəcəyik.

- Siz həmişə demisiz ki, futbolçularınız hər oyun ölümə hazır olur. Sabah neçə futbolçunuz ölümə hazırdı?

- Mən həmişə bütün futbolçularıma inanmışam. Sabah da bütün oyunçularımız meydanda qələbə üçün ölməyə hazırdı.

- Sabah hansı mövqedə daha ehtiyatlı oynayacaqsız?

- Rəqibin gücünə bələdik. Sabah da özünüz görəcəksiz ki, onlar necə komandadır. Müdafiədə oynamaq bizim oyun üslubumuz – fəlsəfəmiz deyil. Sabahda hücumda oynayacağımızı deyə bilərəm

- “Borussiya” ilə oyunda sizi ən çox nə narahat edir?

- Sabah uğur bizə çox lazım olacaq. Narahat olacaq heç bir səbəbimiz, problemimiz yoxdur. Sabahkı oyuna psixoloji olaraq da çox yaxşı hazırlaşmışıq.

- Azərbaycan çempionatında müdafiədən qurulan çox yaxşı hücumlar təşkil edirsiz. Ancaq Avroliqada bu alınmır. Bu məqam çempionatların səviyyəsiylə bağlıdır?  

- Bu iki cəbhəni ayırmaq istəməzdim. Yəqin ki, Avroliqada rəqiblərimiz çox güclüdürlər. Onların futbolçuları çox sürətlidirlər. Oyun zamanı hər hansı boşluq verən kimi, digər futbolçular bunu doldururlar. Ancaq çempionatda belə deyil. Həm də bizi çox analiz edirlər.

- Siz çox emosional məşqçisiz. Sabah siz yenə də oyunu ayaq üstə izləyəcəksiz, yoxsa oturaq matça baxacaqsız?

- Əgər hesabda 3:0 olsam, o zaman oturub kənardan izləyərəm. Amma düşünmürəm ki, sabah sakit otura biləcəm.

- 1 xalınız olsa da qrupda ikinci yeri tutaraq qrupdan çıxa bilərsiz. Siz bunun üçün sabah meydana gələn azarkeşləri hansı sözünüzlə alovlandıra bilərsiz? Əks halda Almaniyadan gələn 600 azarkeş bütün stadionu susduracaq...

- Mən həmişə belə düşünürəm ki, biz qələbələr qazanın nə qədər yüksəklərə qalxsaq, o zaman stadiona daha çox azarkeş gələcək və bizə daha yüksək səviyyədə dəstək olacaqlar. Zatən bu günə kimi bizə çox yaxşı dəstək olublar.

- Rəqibin ad-sanı sizə problem yaradır?

- Xeyir, belə bir şey düşünmürəm. Mən Allaha təşəkkür edirəm ki, bizə belə güclü rəqib bəxş edib. Mənim üçün də çox maraqlıdır. Sabahkı oyunda komandamın necə göründüyünü biləcəm, görəcəm. Belə komandaları analiz etmək çətin deyil. Xeyli oyunlarına baxmışıq. Üstünlükləri ondadır ki, variantları çox olur. Sürətlidirlər və bu, bizə qarşı çətinlik yaradacaq. Müdafiədə diqqətli oynayıb, çoxlu hücum qurmalıyıq. Bu halda onları narahat edə və uğur qazana bilərik.

- Mətbuatda xəbərlər var ki, siz Ukrayna millisinin baş məşçqçisi olacaqsız...

- Mən sbahı düşünən məşqçiyəm. Sabah isə bizim "Borussiya" ilə oyunu düşünürəm, ağlımda başqa mövzu yoxdu.

- Daha çox "Borussiya"nın hansı futbolçusuna diqqət etmisiz?

- Onların sayı 15-dir (gülür).

- Ardıcıl iki oyun "Borussiya" ilə oynayacaq. Bu iki oyundan neçə xala ümid edirsiz?

- Mən bir dəqiqə də olsa bu barədə düşünmürəm. Variantlar çoxdur, buna görə də, bu barədə düşünməyin mənası yoxdur. Sadəcə daha yaxşısın etmək üçün əlimizdən gələni edəcəyik.

- "Borussiya"nın aparıcı futbolçusu olan Mxitaryan Bakıya gəlmədi. Bu sizin işinizi asanlaşdırırmı? Əgər rıqibin heyətində bir yox, 4-5 erməni futbolçu olsaydı, bu məqam sizin işinizi daha çox asanlaşdırardı?

- Bu tip suallardan xoşum gəlir. Ancaq deyə bilərəm ki, erməni futbolçu çox yüksək səviyyədə oyunçudur. Əgər o Bakıya gəlsəydi, biz onun pasportuna yox, oyun keyfiyyətinə baxıb necə zərərsizləşdirəcəyimizi qərarlaşdıracaqdıq.  





 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail