Rahid Əmirquıiyev: "Zərbədən sonra bir anlıq qol olduğunu düşündüm, amma..."

24.10.2015 | 3132 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IX turunda Gəncədə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyev oyundan sonra jurnalistlərə müsahibə verib: 

- Komandanız I dövrəni məğlub başa vurdu. Yenildiyiniz oyunla bağlı nə deyə bilərsiniz?

- Matçın bizim üçün ağır keçəcəyini bilirdik. Çünki “Kəpəz” doğma meydanda yaxşı mübarizə aparır. Bunu nəzərə alıb, yaxşı hazırlaşmışdıq. 3 xal qazanmaq istəyirdik.

Birinci hissədə çox pis oynadıq. Öz səhvimizdən qol buraxdıq. Fasilədən sonra rəqibdən üstün olsaq da, lazım olan qolu vura bilmədik. Matçın ədalətli nəticəsi heç-heç idi.

- Epizodların birində zərbəniz dirəkdən döndü...

- Zərbədən sonra bir anlıq qol olduğunu düşündüm, amma top dirəkdən döndü. Qismət deyilmiş.

- Budaq Nəsirovla toqquşduğunuz epizodda zədələndiniz. Zədəniz ciddidirmi?

- Onun dizi belimə dəydi. Ağrı hiss etdim. Ancaq ciddi olmadığını düşünürəm. Növbəti qarşılaşmada meydana çıxacam. Həqiqətən də qaça bilmirdim. Çünki belim ağrıyırdı.

- Bəs niyə əvəz olunmağınızı istəmədiniz?

- Bizim ehtiyat oyunçular skamyamız çox kasaddı. Buna görə məcbur olub, sona qədər dözdüm.

- Meydança amili, gəncəli azarkeşlər çıxışınıza təsir etdimi?

- Stadiona xeyli azarkeş gəlmişdi. Amma onlar bizə maneə yaratmadılar. Çünki biz Lənkəranda dolu tribunalar qarşısında oynamağa öyrəşmişik. Meydançanın durumu isə yaxşı deyildi. Çox ağır idi, sürüşürdük.

- Matçın ədalətli nəticəsinin heç-heçə olduğunu dediniz. Bunu gözlədiyiniz halda, məğlubiyyətlə ayrılmaq növbəti qarşılaşmaya hazırlaşmaq baxımından çətinlik yaratmır?

- Çox pis təsir edir. Üstəlik, “Qəbələ”yə biabırçı məğlubiyyətdən sonra toparlanıb, AZAL-ı yenməyi bacardıq. Bu dəfə də uduzmamağa çalışdıq. Yenə toparlanmalı, “Sumqayıt”ı məğlub etməliyik.

- Maraqlıdı  ki, ölkə kubokunun 1/8 final mərhələsində də bu komanda ilə qarşılaşacaqsınız. Çempionatda liderlərdən geri qaldığınıza görə, hədəfinizin kubokla bağlı olduğunu düşünmək olarmı?

- “Kəpəz”lə kubok oyunumuz asan olmayacaq. Razıyam, çempionatda çox xal itirdik və ümidimiz azalıb. Çempionatda layiqli oyun göstərməyə, kuboku isə qazanmağa çalışacağıq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail