Kamanan: "Türkiyəyə gedəndə ordakı insanları istiqanlı təsəvvür etmirdim" - MÜSAHİBƏ

30.10.2015 | 3079 dəfə oxunub

“Qəbələ”nin sabiq hücumçusu Yannki Kamananın Fransa mətbuatına müsahibəsini təqdim edirik: 

- İngiltərə, Fransa və Belçika klublarındakı çıxışdan sonra İsrailə, ordan da Türkiyəyə yollandınız. Xüsusən də, “Sivasspor”a keçidiniz müəmmalı oldu...

- Düzü, Türkiyəyə gedəndə ordakı insanları istiqanlı təsəvvür etmirdim. Düşünürdüm ki, soyuqqanlı və kobud olarlar. Amma böyük sürprizlə qarşılaşdım. Türkiyə mükəmməl ölkədi, xüsusən də, Sivas şəhəri gözəldi. Əla təbiəti var. İnsanları çox mehribandı. “Sivasspor”u seçməyimin səbəbi onların çempionluğu son anda əldən vermələri və Çempionlar Liqasına vəsiqə qazanmaları idi.

 

- Həmin vaxt yerli dili öyrənmişdiniz?

- Bəli. Buna görə də, indi ora gedəndə çox sərbəst oluram. Düzdü, ilk vaxtlar müəyyən çətinliklər oldu. Lakin sonradan yerli dili az da olsa öyrəndim. Türkiyədə bu məsələyə ciddi baxırlar. Deyim ki, orda da fransız dilində sözləri bilən insan az deyildi.

 

- “Sivasspor”dan sonra “Nant”a keçib, Liqa 1-də oynaya bilərdiniz. Bu imkanı niyə dəyərləndirmədiniz?

- Mənim artıq 30 yaşım var idi. Başa düşürdüm ki, artıq Tyerri Anri kimi futbolçu olmayacam. Artıq maddi durumumu düşünmək vaxtı idi. “Nant” isə mənə az məbləğdə maaş təklif etmişdi.

 

- “Mersin İdmanyurdu”da qol hesabını aça bilmədiniz və Azərbaycana köçdünüz. Bunu necə izah edə bilərsiniz?

- Yaşayışımı yaxşılaşdırmaq və futbol oynamaq istəyirdim. Azərbaycanda ən yüksək məvacib alan futbolçu 500-800 min avroluq müqaviləyə qol çəkirdi. Mən də “Qəbələ” ilə anlaşdım. Mənə deyirdilər ki, orda nə işin var, geri gedəcəksən. Amma Azərbaycan çempionatı da inkişaf mərhələsinə qədəm qoymuşdu. Həmin vaxt orda yüksək liqanın səviyyəsi Fransa Liqa 2-dən bir az zəif olardı. Belə bir ölkədə oynamaq da pis olmazdı.

 

- Orda yaşayış necə idi?

- Yaşadığım ölkələri heç vaxt tənqid etməmişəm. Çünki yerli camaat ölkələrinin imicinə zərbə vurulduğunu düşünə bilər. Azərbaycanda həyatım pis deyildi. Bakı ölkənin paytaxtıdı və bu şəhərdə gəzmək maraqlıdı. Orda orta əsrlər abidələrinə rast gəlirsən. Azərbaycana gedəndə ehtiyatlı olmalı, nəyə görə orda olduğunu bilməlisən. O ki qaldı çıxış etdiyim kluba, yamaykalı futbolçu Deon Barton da orda oynayırdı. Komandanın baş məşqçisi isə ingilis idi.

 

- Yamaykalı futbolçu Azərbaycanda nə gəzir?

- Baş məşqçi Toni Adams idi. Həmin futbolçunu da Adams gətirmişdi.

 

- Azərbaycanda futbol sevilir?

- Azərbaycan futbolu heç də pis deyil. Böyük pullar yatırılırdı. Əksər klubların bazaları yox idi, həmçinin stadion baxımından problemləri var idi. Nizam-intizam da aşağı səviyyədə idi. Amma istedalı futbolçular var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail