Riçard Almeyda: "Yalnız bu gündən sonra "Monako" ilə oyun haqda fikirləşməyə başlayacağıq"

01.11.2015 | 2848 dəfə oxunub

“Qarabağ”ın əsas üzvlərindən olan braziliyalı Riçard Almeyda  Azərbaycan Premyer Liqasının 11-ci turunda AZAL-a qalib gəldikləri oyundan Stadium.Az saytına müsahibə berib:

- Əvvəlcə AZAL-la oyun barədə fikirlərinizi bildirərdiz...

- Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Amma sevinirik ki, rəqibin qapısına yol tapa bildik. Önəmli olan üç xal idi, bunu da qazandıq. Artıq bundan sonrakı oyun barədə düşünəcəyik.

 - Zədəllənib meydanı tərk etdiyiniz göründü. İndi durumun necədir?

- İlk baxışda zədə kimi görünə bilərdi. Amma ayağıma sadəcə zərbə dəydi. Hər şey qaydasındadır. Zədəli olduğumu demək olmaz.

- Premyer Liqanın son turlarında "Qarabağ"ın qarışıq heyətlə oynaması Avroliqa oyunlarında sizə çətinlik yaratayacaq?

- Komandamızda yetərincə oyunçu var. Buna görə də fikirləşirəm ki, baş məşqçimiz düzgün seçim edərək komandanı Avropa Liqasındakı oyunlara lazım olduğu kimi hazırlaşdıracaq.

- Reynaldo ilə meydanda yaxşı anlaşırdın. İndi Armentorosla vəziyyət necədir?

- Reynaldo ilə üç ildir ki ki, bir yerdə onlayırdıq. Buna görə də onunla bir-birimizi çox yaxşı başa düşürdük. Armentoros yeni gəldiyi üçün hazırda biz onu öyrənirik, o da bizi öyrənir. Oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük.

- Komandanın hazırkı oyunu – tempi səni razı salırmı?

- Biz həmişə çalışmışıq ki, özümüzü ən yaxşı tərəfdən göstərək. Hər məşqdə, hər oyunda bunun üçün çalışırıq. Baş məşqçimiz də bunu görür. Bir futbolçunun buna münasibət bildirməsi məncə düzgün olmaz.

- Ötən mövsümlə müqayisədə bu il sürətli futbol oynamırsız. Bu nəylə bağlıdır?

- Əvvəlki illərdə Leroy və Muarem var idi ki, bir-birimiz çox yaxşı başa düşürdük. Leroyla Muarrem vardı deyə əvvəlki mövsümdə sürətli futbol oynayırdıq. Onlarla bir-birimizi daha yaxşı başa düşürdük. Bu il yeni oyunçular olduğuna görə zamana ehtiyacımız var.

- Belə çıxır ki, Leroy və Muaremin “Qarabağ”da yeri görünür?

- Təbii ki, hər ikisi komandamız üçün önəmli futbolçular idi. Amma baş məşqçimiz də komandanı onların yerini dolduracaq uyğun futbolçularla təmin edib. Mənə elə gəlir ki, vaxt keçdikcə hər şey daha da yaxşı olacaq.

- “Qarabağ”ın Avropa Liqasında üç oyunu qalıb. Qarşıda isə “Monako” ilə oyun var. Bu barədə nə deyə bilərsən?

- İndiyə kimi ancaq AZAL-la oyun barədə düşünürdük. Yalnız bu gündən sonra "Monako" ilə oyun haqda fikirləşməyə başlayacağıq.

- "Monako"nu Bakıda məğlub etmək olar? Şansınızı necə qiymətləndirirsən?


- Həyatda mümkün olmayan heç bir şey yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail