"Bu gün yalnız "Qəbələ" haqda düşünürdük"

06.11.2015 | 3191 dəfə oxunub

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cvablandırıb:

 - Stadionda yaxşı atmosfer var idi. "Qəbələ" ilə görüşdə vəzifəmizin öhdəsindən gəldik. 

- Marko Roysun dəyişikliyi nə ilə əlaqədar idi?

- Roys ilk hissənin gedişində ikili mübarizə zamanı zədələndi. Ayağında ağrılar hiss etsə də, birinci hissənin sonuna qədər oynamaq istədi. Fasilədə isə onu əvəzləmək qərarına gəldim. "Şalke" ilə görüşdə oynayıb-oynamayacağı məlum deyil.

- Komandanızın oyunundan tam razı qaldınızmı?

- "Qəbələ"nin Bakıdakı görüşdə olduğu kimi iki hücumçu ilə oynayacağını bilirdik. Lakin sonradan rəqib müəyyən dəyişikliklər etdi. Biz də buna uyğun taktiki gedişlərə əl atdıq. Bunun da nəticəsində daha 2 qol vurduq. Fasilədən sonra daha yaxşı oynadıq. Ümumilikdə komandamın oyunundan razı qaldım.

- Bazar günü Bundesliqada "Şalke" ilə vacib oyununuz var...

- Bəli, bu oyunu səbirsizliklə gpzləyirəm. Ancaq bu barədə sabah danışa bilərəm. Bu gün yalnız "Qəbələ" haqda düşünürdük. Qarşıdakı oyunlara da qələbə üçün çıxacağıq. 
 
- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Borussiya”nın Avropa Liqasının finalında oynamağa layiq olduğunu açıqlayıb. Əgər turnirin finalında uduzsanız, bu, sizin üçün möcüzə olacaqmı?

- Bəli, möcüzə olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail