Səlahət Ağayev: “İndiki vəziyyətdə əgər 3 oyundu uduzmuruqsa, bu komanda qəhrəmandı” - MÜSAHİBƏ

10.11.2015 | 3498 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” – “İnter” oyunundan sonra bakılıların qapıçısı Səlahət Ağayev jurnalistlərə müsahibə verib:

- Əvvəlcə oyun haqqında fikirlərinizi bildirərdiniz...

- “Qəbələ” ilə oyunlarımız həmişə çətin olur. İndiki vəziyyətimizdə səfərdə “Qəbələ”dən bir xal almağımız normaldı. Məncə, yaxşı oynadıq, axıra kimi mübarizə apardıq, bir xal haqqımız idi.

- Matçın gedişində azarkeşlərlə aranızda gərginlik yaşandı. Bunun səbəbi nə idi?

- Azarkeşlər oyunboyu arxada məni təhqir edirdilər. Biz futbolçuyuq, meydana çıxırıq ki, əməyimizin bəhrəsini görək. Qapının arxasından qeyri-etik ifadələr işlətdilər. Mən də onlara tərəf dönüb dedim ki, söyüş söyməyin. Əvvəla, azərbaycanlıyam, əgər Azərbaycan futbolunu fikirləşirlərsə, belə şeylər lazım deyil. Ümumiyyətlə, təkcə “Qəbələ” tərəfdarlarına yox, bütün azarkeşlərə səslənirəm. Əgər bizim azarkeşlərimiz belə hərəkət etsələr, mən özüm, şəxsən qarşısını almağa çalışaram.

- Komandada maliyyə vəziyyəti nə yerdədi? Əvvələ baxanda, heç olmasa, bir az irəliləyiş varmı?

- Necə bilirsiniz elədi. Keçən ilə baxanda, büdcəmiz çox aşağı düşüb. Ancaq bu bizim işimizdi, müqaviləmiz var və ona uyğun mübarizə aparırıq. Yanvara qədər gözləyəcəyik, görək sonra nə olacaq.

- Son qarşılaşmalarda komanda qələbə qazana bilmir. Üç matçdan üç bərabərliklə ayrılmısınız, bunu maddi problemlərlə əlaqələndirmək olarmı?

- İndiki vəziyyətdə əgər 3 oyundu uduzmuruqsa, bu komanda qəhrəmandı.

- Mətbuata açıqlama vermişdiniz ki, maaşlarınız verilmir, ancaq bir az əvvəl prezident Georgi Nikolov dedi ki, artıq sentyabr ayının maaşları köçürülüb...

- Maaş hər 30-50 gündən bir olur. Avropa Liqasında keçirdiyimiz oyunların mükafatlarından isə hələ ki bir xəbər yoxdu.

- Rəhbərlik nə deyir bəs? Bir məlumat verilmir?

- Rəhbərlik deyəndə ki, keçənilki adamlardı. Georgi Nikolovdu prezident, ancaq bir rəhbər kimi komandaya dayaq durmur. Bir nəfər yoxdu ortaya çıxsın ki, komandaya biz baxırıq. Bircə onu bilirik ki, Beynəlxalq Bank maliyyələşdirir, az da olsa, sağ olsun.

- Bəzi komanda yoldaşların təklif gələcəyi halda qışda komandadan getməyə hazır olduqlarını bildiriblər. Siz də bu fikirdəsiniz?

- Mənə təkliflər yaydan var idi. Bilmirəm mətbuatın bundan xəbəri var idi, ya yox, ancaq mən komandamda qalmağı üstün tutdum. Ancaq bu vəziyyət davam edəcəyi halda, kim ki getmək istəsə, ona heç nə demək olmaz. Heç kimi qınamaq olmaz 

- Ümumiyyətlə, komanda şəklində bu vəziyyətə narazılığınızı bildirmisiniz?

- Komanda şəklində toplantılarımız çox olub. Ancaq bir adam yoxdu ki, ona etiraz bildirəsən. Kimə deyəsən dərdini?

- Oyundan əvvəl komanda yoldaşlarınız bildirmişdilər ki, əgər maaşlar verilməsə, bu oyuna çıxmayacaqsınız. Bəs nə baş verdi ki, qərarınızı dəyişdiniz.

- Bu oyundan qabaq maaşımızı aldıq. Bayaq da qeyd etdim, 40-50 gündən bir ödəmələr edilir. Əvvəl aybaay verirdilər, son vaxtlar isə uzanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail