Mahir Mədətov: "Məşqçi tapşırıb ki, qapıya uzaqdan zərbələr vurum" - MÜSAHİBƏ

10.11.2015 | 7863 dəfə oxunub

Azərbaycan U-19 millimizin üzvü, "Qarabağ"da çıxış edən Mahir Mədətov Ukrayna ilə oyun öncəsi Stadium.az saytına müsahibə verib.

- Ukrayna ilə oyun üçün nə zamandan bir araya gəlmisiniz və hazırlıq necə gedir?

- Noyabrın 2-dən yığılmışıq və ayın 6-na kimi gündə 2 dəfə olmaqla məşqlərimiz “Dalğa Arena”da olub. YalnIz dünən oyun öncəsi məşqimiz “Bayıl Arena”da baş tutdu.

Hər şey çox yaxşıdı. Biz uşaqlar çoxdandı bir yerdə oynayırıq. Düzdü, məşqçimiz təzə olmağına baxmayaraq, o da  bizə öz taktikasını əks etdirə bildi. Hər şey normaldı. İnşəAllah bu gün xalqımızı və ailələrimizi, hətta azarkeşlərin gələcəyi ümidi ilə onları da sevindirməyə çalışacağıq.

- Yeni məşqçinin öncəkindən hansısa özəlliyi varmı və varsa hansılardı?

- Özəllik deməzdim, çünki düz cixmaz. Futbol nəyi tələb edirsə, o da onu bizdən tələb edir. Sadəcə hücumda olarkən fərdi futbolçuların öz ustalıq səviyələrini götərməsini daha çox tələb edir

- Məşqçi rəqib haqda sizə hanslsa xususi tapşırıqlar veribmi?

- Rəqibin hava toplarinda olan gücünü nəzərə alib yerlə oynamaq tapşırığı verdi. Birdə onların əks hucumlarında diqqətli olmağımızı istəyir. Bizdə məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik. Heç də onlar qeyri adi komanda deyillər. Hətta deyərdim, bizdəki futbolçular onlardan daha bacarıqlıdı. Sadəcə komanda oyunları çox yaxşıdı. Amma biz də bu gün Allahın köməyi ilə necə komanda olduğumuzu gostərəcəyik.

- Ümumi olaraq komandada abu-hava necədi? Məşqçi uğurlu nəticə üçün sizlərdə inam yarada bilibmi?

- Komandada abu hava çox yaxşıdı. Hər kəs səbrsizliklə oyunun başlama saatın gözləyir. Mən inanıram ki,  bizə inananların sayı çoxdu və inanmayanlarında inamlarını biz qazanacağıq. Birdə onu deyim ki, tələməsinlər nəticə çıxarmaq üçün. Hər zaman demişəm, bu, müharibə kimidir. Nəticə çıxarmağa heç kim tələsməsin. 10-u başlayıb, 15-i son fitə kimi davam edəcək. İki ölkə qalib olur. İnşəAllah o 2 ölkədən biri biz olacağıq.

- Məşqçi sənə bu oyunla bağlı hansısa xüsusi tapşırıqlar verib?

- Mənə hər zaman deyrdi ki, bacardığını et, hər şey yaxşı olacaq. Amma bu gün üçün bacardığımdan da artığın etməliyəm və topla tez davranıb, tez qərar verməyimi istəyib. Yəni bilirsiz, 18-19 yaşda yalnız müdafiəçilərə xususi tapşırıqlar olur. Bizdən aktivliyi qorumağı, imkan olduğu halda uzaqdan zərbələr vurmağı tapşırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail