Anyete: "Hakim oyunu saxlayıb sarı vərəqə göstərməkdənsə, matçı davam etdirə bilərdi" - MÜSAHİBƏ

18.12.2015 | 2495 dəfə oxunub

AZAL-a məğlub olan "Neftçi"nin hücumçusu Anyete oyundan sonra jurnalistlərə müsahibə verib: 

- Yüksəlişdə olan “Neftçi” bu dəfə xalsız qaldı. Məğlub olduğunuz oyun haqda nə deyə bilərsiz?

-  Oyuna yaxşı başlamayanda matç adətən çətin keçir və dönüş etmək hər dəfə alınmır. İkinci hissənin ilk dəqiqələrindən hesabı dəyişmək üçün cəhdlər etdik. Deyərdim ki, fasilədən sonra yaxşı oynadıq, amma vacib olan qolu vura bilmədik.

- İkinci hissədə meydana çıxdınız və iki epizodda yerdə qaldınız. Hakim simulyasiya etdiyinizə görə sarı vərəqə göstərdi. Siz isə penalti tələb edirdiniz. Penalti var idi?

- Birinci epizod sürətli alındığına görə penaltinin olub-olmadığını deyə bilməyəcəm. Digər epizod zamanı isə yıxıldım. Simulyasiya haqda düşünmürdüm. Başa düşürəm, hakim penaltini görməyə bilər. Amma oyunu saxlayıb sarı vərəqə göstərməkdənsə, matçı davam etdirə bilərdi.

- Deməli, referinin idarəçiliyindən narazısınız?

- Hakimlər haqda danışmağı xoşlamıram. Amma referi bu gün bizə kömək etmədi.

- Baş məşqçi dəyişikliyindən sonra nəticələr yüksələn xətt üzrə hərəkət etsə də, oyun planında ciddi dəyişiklik yoxdu...

- Sizinlə razı deyiləm. “Qəbələ”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi komandaları məğlub etdik. Amma bu gün bəxtimiz gətirmədi. Bir həftə əvvəl Qəbələdəki oyunda çox hücum etmədik, qapı istiqamətində zərbə endirmədik, ancaq qələbə qazandıq. Bu gün isə çox hücum etdik, pressinq tətbiq etdik, qol vura bilmədik.

- Amma hücumlar kəsərli alınmırdı...

- Şanslarımız oldu, eyni zamanda səhvlərimiz də oldu. Sadəcə, hücum zamanı bunu dəyərləndirə bilmədik.

- Uzun müddət idi zədəli olduğunuza görə oynamırdınız. Bu gün meydana çıxmağa hazır idiniz?

- Bu oyunda iştirak etməyi çox istəyirdim. Uzun müddətdən sonra meydana çıxdım. Təbii ki, zədədən sonra ideal formada olduğumu deyə bilmərəm. Çox işləməliyəm.

- Komandaya cərimə zərbəsi qazandırsanız da, özünüz yerinə yetirmədiniz. Ruslan imkan vermədi, yoxsa özünüz istəmədiniz?

- Biz bir ailə, komandayıq. Zərbəni kimin yerinə yetirməyinin fərqi yoxdu. Həmin epizod zamanı Ruslan məndə xahiş etdi, razılaşdım. Fikirləşdim ki, o, uzun müddətdi meydandadı, daha hazırlıqlıdı. Həm də zədəmi düşündüm.

- Bolqarıstan mətbuatında xəbər çıxıb ki, yenidən “Levski”yə qayıdırsınız. Doğru xəbərdi?

- Belə bir şey yoxdu. Burda uğur qazanmaq istəyirəm. Uzun müddət zədəli olduğuma görə komandama kömək edə bilmədim. “Neftçi”dən bilirsiz nə vaxt gedəcəm? Çox qol vurduqdan sonra. Bunu etməyənə qədər komandadan ayrılmayacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail