Rail Məlikov: "Bizim prinsipimiz "Neftçi"nin bəzi “rəhbərliklər”iylə idi" - MÜSAHİBƏ

18.12.2015 | 2613 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Neftçi”yə 1:0 hesabıyla qalib gələn AZAL-ın kapitanı Rail Məlikov oyundan sonra jurnalistlərə müsahibə verib: 

- Çətin oyun oldu və qələbə qazandınız. 90 dəqiqə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- “Neftçi” ilə oyunlar hər zaman çətin keçir. Bu komandanın adı çox mətləbdən xəbər verir. Heç bir futbolçunun adı “Neftçi”dən üstün ola bilməz. Futbolumuzun flaqmanına qarşı oynadıq. Ciddi hazırlaşmışdıq. Baş məşqçimiz nə tapşırıq vermişdisə, hamısını icra etməyə çalışdıq. Qolu vurduqdan sonra taktiki dəyişiklik etdik. Əsasən, əks-hücumlarda oynadıq. Seçimimiz sonda bəhrəsini verdi.

- Cari mövsümdə “Neftçi” ilə duellərdə 6 xal qazanmısınız. Açığı, bunu heç kim gözləmirdi. Nəticə futbolçular üçü necə, gözlənilməz olmadı?

- Bu “Neftçi” əvvəlki “Neftçi” deyil. Ona görə adi oyunlardan birinə hazırlaşdığımız kimi hazırlaşdıq. Bu il istənilən komandadan xal götürmək mümkündü. Həm də taktiki planda yaxşı oynadıq.

- Birinci dövrədə məğlub etdiyiniz “Neftçi” güclü idi, yoxsa hazırkı komanda?

- Demək olar, eyni futbolçulara qarşı oynadıq. Bir-iki oyunçu yox idi. Bu oyun ağır oldu, çünki rəqibin meydanında oynayırdıq. Çətin oldu. Tapşırığımız da belə idi ki, qol vuraq və müdafiəyə çəkilək. Bunu da həll etdik.

- Amma futbol oynamaqdan çox yerli-yersiz yıxılmaqla vaxtı öldürməyə çalışırdınız...

- Əgər hesabda “Neftçi” öndə olsaydı, bu hərəkətləri onlar edəcəkdi. Futbolun yazılmamış qanunları var. Həm də yıxılanlar zədələndiklərinə görə belə edirdilər. Rəqibə də “feyr-pley”ə əməl etdiyinə görə təşəkkür edirəm.

- Bir epizodda futbolçunuz yerdə qalsa da, “Neftçi”nin oyunçuları oyunu davam etdirdilər...

- Ruslan yıxılmışdı, rəqib komandadakı Ruslan topu meydandan çıxarmağa imkan vermədi. Halbuki bizim oyunçunun “sudurğa”sı tutmuşdu. Hadisələrin gedişi də göstərir ki, topu çıxarmayacaqdılar. Çünki qol vurmaq istəyirdilər.

- Keçmiş “neftçililər”in “Neftçi”yə qarşı prinsipiallığı hiss olunurdu...

- Bu, əvvəlki “Neftçi” deyil. Rəhbərlik də, futbolçuların əksəriyyəti də dəyişib. Bizim prinsipimiz "Neftçi"nin bəzi  “rəhbərliklər”iylə idi. Bura Sadıq Sadıqovu aid etmirəm. Söz yiyəsi özü bilir. Açığı, prinsip yox idi. “Neftçi”yə qarşı bütün komandalar yaxşı oynamaq, qələbə qazanmaq istəyir.

- “Zirə” ilə oyun gəlir. Qış fasiləsinə qalib yollana biləcəksiniz?

- Öz meydanımızda oynayacağıq. Sabahdan matçın hazırlığı başlayacaq. Məqsədimiz də budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail