Roman Qriqorçuk: "Caviddən ötrü çox darıxıram" - MÜSAHİBƏ

20.12.2015 | 3216 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"la Premyer Liqanın 18-ci turunun 1:1 hesabıyla başa çatan oyunundan sonra təşkil olunan mətbuat konffransında jurnalistlərin suallarını cavablandırıb: 

- Sizə elə gəlmir ki, oyunun heç-heçə bitməsinin əsas səbəbi komandanızın erkən müdafiəyə çəkilməsi oldu?
- Erkən qolla başladıq, belə məqamda ikinci qolu vurmaq lazım idi. Hansı ki, rəqib oyun tempini artırdı, buna görə də tez-tez top itkilərinə yol verdik. Rəqibin oyunun nəzarət etməsinə görə, müdafiəyə çəkildik. Düzdür, qol vurmaq şansımız da oldu, alınmadı. Düzdür, görmək istədiyimiz futbol bu deyil. Amma biz heç vaxt nəticəyə görə oynamırıq.
 
- Komandada Cavid Hüseynovun yeri nə qədər görünür?
- Cavid Azərbaycanın ən güclü futbolçularından biridir, komandanın kapitan kimi əsas fiqurlarından biridir. Ondan ötrü çox darıxıram. İstəyirik ki, vəziyyət tezliklə düzəlsin. Komandada yeri görünür. Arzum odur ki, tezliklə azadlığa çıxsın.
 
- Oyunun qırılma nöqtəsi penalti epizodunun qeyri-dəqiq yerinə yetirilməsi idi. Oyundan əvvəl penalti vurmaq təlimatı kimə verilmişdi. Əgər Dodoya verilməmişdisə, nəsə cəza olacaq?
- Bugünə qədər hər oyundan qabaq standard vəziyyətlərini kim yerinə yetirəcəyini deyirdim, amma yeganə bu oyunda demədim. Bu dəfə Dodo özünə güvəndi və topu götürdü. Amma Dodonu qeyri-dəqiq yerinə yetirdiyinə görə günahlandırmaq düzgün olmazdı. Komandada adətən Aleksey Qay yerinə yetirir, amma kubok oyununda  o olmadığı üçün Dodoya tapşırmışdım.
 
- Artıq qış fasiləsi yaxınlaşır. Komandada yeni transferlər olacaqmı, olacaqsa hansı ölkələrdən olacaq?
- Bu haqda işlərimiz davam edir, amma burda əlavə məlumat vermək istəmirəm. Yalnız müqavilə imzalayandan sonra bu haqda ictimaiyyətə məlumat veriləcək. Həm komandadan gedən, həm də komandadan gedəcək. 
 
- George Floresku, Fakunda Pereyra və Vüqar Nadirovun komandadan gedəcəyi dəqiqdir. Bu siyahıya əlavələr olacaq?
- Fakunda ilə vəziyyət belədir ki, əvvəlcədən bilirdim ki, o getmək istəyir. Fakunda Pereyranın həyat yoldaşı istəyir ki, vətənində yaşasın. Belə məsələləri başa düşürük, çalışırıq ki, futbolçu komandada xoşbəxt olsun. Siyahıda əlavələrin olub-olmaması haqda nəsə deyə bilmərəm.
 
- Oyunun 84-cü dəqiqəsində İlqar Qurbanov baş məşqçisi Qurban Qurbanovun məsləhəti ilə "fair-pley"ə əməl edərək topu qəsdən çölə çıxardı. Buna münasibətiniz necədir, əgər sizin komandada olsa, nə edərdiniz?
- Bunu çox yaxşı hərəkət hesab edirəm, özüm də bunu etməyə hazıram. Belə hərəkətləri alqışlayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail