Adil Şükürov: "Düzünü desəm, heç gözləmirdim" - MÜSAHİBƏ

25.12.2015 | 4166 dəfə oxunub

Heç şübhəsiz ki, iki dövrəsi geridə qalan Azərbaycan Premyer Liqasının sürpriz komandası "Zirə” oldu. Cəmi iki ildi yaranan debütant çempionatda uğurlu çıxış etməklə bütün komandalara başağırısı olmağı bacardı. İndi "Zirə” 18 turdan sonra yığdığı 29 xalla üçüncü sırada qərar tutub. Bakı klubu ikinci pillədəki "İnter”dən 1, vahid lider "Qarabağ”dan isə 9 xal geridə qalır. "Zirə” ölkə kubokunda da turu keçdi. Komandanın uğurlu çıxış etməsinin əsas səbəbkarı baş məşqçi Adil Şükürovdur. Adil müəllimlə söhbətimiz də elə bu yöndə oldu.

- Adil müəllim, çempionat necə başladı, iki dövrə necə arxada qaldı? Və üstəgəl kubokda da turu keçmisiz...
- Şükürlər olsun, gözləmədiyimiz kimi başladı, ancaq bizim üçün rahat keçdi. Hətta düşündüyümüzdən də rahat oldu. Heç ağlımıza gətirməzdik ki, belə bir şey olacaq. Bizim əsas işimiz yaxşı kollektiv yaratmaq idi. Qismən də olsa buna nail ola bilmişik. Bax əsas istəyimiz də bu idi. Oyunun düzəlməsidi, taktiki planların işlədilməsi və bu kimi məqamlar sonradan alınacaq şeylərdi. Əsas olan kollektiv formalaşdırmaqdır. 
Biz çempionatın hər bir oyununa ayrı-ayrılıqda hazırlaşırdıq. Yəni hər oyuna komandanı motivasiya edir, kökləyirik. Oyundan oyuna bu cür komandanı düzəltməyə çalışmışıq. Arxada qalan müddət ərzində də istəyimizə çatmışıq. Əsas işimiz kollektiv yığmaq idi ki, buna da qismən nail olmuşuq.

- "Zirə”nin uğurlu çıxış etməsinin sirri nədədir?
- Əlbəttə ki, belə çıxışı heç kim bizdən gözləmirdi. Bizdə olan futbolçuların əzmkarlığı, əzmi, qələbə istəyi bu gün üçüncü  yerdə olmağımızın əsas səbəbidir. Biz futbolçunu bir oyuna nə qədər yaxşı hazırlasaq da, onun qələbə əzmi olmasa bu məqam heç bir işə yaramaz. Komandamızın daxilində çox gözəl birlik var. Birlik və kollektivlik olan yerdə də uğur qaçılmazdır.

- İndi "Zirə” üçüncü yerdədi. Çempionat başlamazdan əvvəl buna inanırdız?
- Düzünü desəm, heç gözləmirdim. Şükürlər olsun ki, Allah bunu bizə nəsib etdi. 


- Rəhbərlik qarşınıza hansı məqsədi qoymuşdu bəs?
- Əsas məqsədimiz komanda yaratmaq idi. Hər oyuna ayrı hazırlaşırıq. Çünki istəmirik futbolçu zəif çıxış edəndə düşünsün ki, "oldu da, bir oyun zəif oynamaq olar”. İstəmirik komandada bunu düşünən olsun. Biz istəmirik ki, oyunçumuz neçə tur sonranı fikirləşsin. Onlar ancaq qarşıdakı oyunu düşünməlidirlər. 

- Yəni sizə gələcəyin komandasını yaratmağı tapşırmışdılar?
- Bəli, əsas işimiz bu idi. İndi isə artıq iddialı durumdayıq və komandanı daha da gücləndirib, iddialı vəziyyətdə saxlamalıyıq. Bu isə deməkdir ki, yüksək yerlər uğurunda oynayacağıq. Biz demirik ki, oynamayacağıq, oynayırıq. Bundan sonra da güclənərək mümkün qədər yuxarı pillələrdə olmaq istəyirik. 

- "Zirə” son iki ildə yarandığı üçün Avrokuboklara buraxılmayacaq. Bu məqam futbolçuların çıxışına təsir edir?
- Düşünmürəm ki, bu məqam motivasiya baxımından futbolçularımıza təsir etsin. Çünki bayaq dediyim kimi, biz futbolçuları hər oyundan oyuna ayrı hazırlayırıq. Biz "Neftçi”, "Qarabağ”, "Qəbələ” və "Kəpəz” kimi köklü klubda deyilik ki, əvvəlcədən qarşımıza hansısa məqsəd qoyaq, ona doğru irəliləyək. Ancaq hər oyundan əvvəl qarşımıza qoyduğumuz məqsədə çatırıqsa, demək işimiz uğurlu alınır. 

- Ən uğursuz oyununuz hansı olub?
- Səfərdə "Sumqayıt”la heç-heçə etdiyimiz və "Rəvan”la AZAL-a məğlub olduğumuz görüşlər. Sumqayıtda udulacaq oyundan heç-heçə ilə ayrıldıq. Sonra isə dediyim ki, "Rəvan” və AZAL-a məğlubiyyətlər planda yox idi. Bu oyunlarda boşluğumuz onda oldu ki, biz komandanı oyuna kökləyə bilmədik. 

- İndiyə kimi oynamaq asan idi, yoxsa bundan sonra asan olacaq?
- İndidən sonrakı işimiz daha çətin olacaq. Çünki hər bir oyunda bizə yeni, sabki gücü olmayan komanda kimi yanaşırdılar. Bizə qarşı yanaşma və oyun tam fərqli idi. 

- Razısız ki, "Zirə”ni tanımamaları sizin işinizə çox yaradı?
- Bu məqam bizim üçün böyük şans idi. Bundan  qismən istifadə edə bilmişik.

- Qış fasiləsindəki toplanışı necə planlaşdırmısız?
- Bu yöndə işlər davam edir. Biz üç oyun keçirməyi planlaşdırırıq. Yanvarın 5-i elə Bakıda toplaşacağıq. Hava .əraiti yaxşı olsa, işimizi elə burada da görə bilərik. Ancaq Türkiyəyə də gedə bilərik. Bu daha da yaxşı olardı. Xaricdən olan daha güclü klublarla yoxlama oyunu keçirdib, futbolçulrın təcrübəsin daha da artırmaq olar.

- Komandadan gedən və gələnlər də olacaq yəqin?
- İndi biz daha çox çalışırıq ki, əsas futbolçularımızla işimizi davam etdirək. Bəzən futbolçuların oyunu biz istədiyimiz səviyyədə olmur. Buna görə də istəyirik ki, komandamızı gücləndirək və daha yaxşı yerdə qərar tutaq. İndi komandada olan futbolçuların hər biriylə müqaviləmiz var və çalışırıq ki, bunun şərtlərinə əməl edək, onlar sona kimi düşərgədə qalsınlar.

- Heyətə futbolçu cəlb etsəz, bunlar yerli olacaq, yoxsa əcnəbi?
- İndi yerli futbolçu tapmaq çətindir. Çünki yaxşı oyunçuların hamısının klublarıyla müqaviləsi var. Ancaq ən azı iki futbolçunu almağı düşünürük. Bu yöndə də axtarışlarımız davam edir.

- Ev oyunlarının süni meydanda keçirtmək sizə bir problem yaratmır?
- Ümumi götürəndə, süni meydanda oynamaq problemdir. Çünki ziyanlı tərəfləri çoxdur. Amma indi əlimizdə olanla kifayətlənməliyik. İndi rəhbərlik də yeni meydançanlar barədə düşünür. Ancaq bunlar gələcəyin işidir. 

- Süni ot örtüyünün təbii ilə əvəzlənməsini düşünmürsüz?
- Bu barədə heç bir söhbət olmayıb. 

- "Bakı”nın uşaq komandasından yeni yaranmış "Zirə”yə baş məşqçi təyin edilməniz birmənalı qarşılanmamışdı. Çünki təcrübəsiz idiz. Bu məqam sizə yeni işinizdə hansısa çətinliklər yaratdı, yoxsa daha da motivasiya etdi?
- Hər bir kəsin qarşısında məqsəd olur. Məşqçi olmam üçün mən də oxumuşdum. Bu işdə mənə kömək və dəstək olan "Bakı” rəhbərliyinə isə dərin təşəkkürümü bildirirəm. Xüsusəndə klubun prezidenti Hafiz Məmmədova. Bu vəziyyətə çatmağımızda Hafiz Məmmədovun əməyi danılmazdır. Məşqçilik etməyimdə onların böyük rolu var. Məndə bura gələndə özümü yoxlamaq istədim ki, gücüm nəyə çatır. İndi də düşünürəm ki, gücümüz çatan qədər nəsə edə  bilmişik. Ancaq bununla kifayətlənmək olmaq. Əks halda heç bir uğurdan yenilikdən söhbət gedə bilməz. Daimi olaraq çalışmaq lazımdır.

- "Bakı” rəhbərliyindən söhbət açdız. Yeri gəlmişkən, eks komandanız indi yaxşı vəziyyətdə deyil. Bu barədə nə düşünürsüz?
- İndiki vəziyyətdə ürək ağrıdacaq bir durumdu. Çünki "Bakı” akademiyasının üzvləri indi bütün komandalarda çıxış edirlər. İnşAllah, arzu edək ki, hər şey qaydasına düşəcək və "Bakı”nın vəziyyəti əvvəlikdən də yaxşı olacaq. Çünki o komanda, o rəhbərlik ən yaxşılara layiqdir. Mən ümid edirəm ki, Hafiz müəllimin bütün işləri qaydasına düşəcək və o "Bakı”ya əvvəlkindən də yaxşı baxacaq, komanda daha da güclü olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail