Yunis Hüseynov: "Qış fasiləsində elə də iddialı komanda qurmaq mümkün deyil" - MÜSAHİBƏ

28.12.2015 | 3296 dəfə oxunub

"Xəzər Lənkəran" klubun baş məşqçisi Yunis Hüseynovun müsahibəsini təqdim edirik: 

- Qış "transfer pəncərəsi"ndə yeni oyunçular gözlənilir?

- Hələ ki, bu haqda heç bir məlumat vermək istəmirəm. Qarşıdakı günlərdə rəhbərliklə görüşümüz olacaq. Daha sonra bu məsələyə aydınlıq gələcək.

- Mətbuatda belə xəbər yayılmışdı ki, “Xəzər Lənkəran” klubu legioner futbolçulara olan borcuna görə, I Diviziona göndəriləcək…

- Sözün düzü, ilk dəfə eşitdim. Məlumatım yoxdu bu haqda.

 

- Əgər rəhbərlik transferlər etməsə, komandadan ayrılacaqsınız?

- Bu, rəhbərliklə danışıqlarımızdan asılıdı.

- Komandada qalacağınız təqdirdə əsas hədəfiniz nə olacaq?

- Bu mövsüm iddialı komanda ola bilmədik. Amma kuboku qazanmaq üçün şansımız var. Azərbaycan kuboku uğrunda laiqli mübarizə aparacağıq. Şansımızdan istifadə edtməliyik. Hətta deyərdim ki, biz bu kuboku qazana da bilərik. Fikrimcə, “Xəzər Lənkəran” yayda iddialı klub olacaq.

- “Xəzər Lənkəran”dan bir neçə təcrübəli futbolçu getdi. Komandanı öz çiynində daşıyan kapitan Rahid Əmirquliyev də komandadan ayrıldı. Əsas futbolçuların gedişindən sonra “Xəzər Lənkəran”ın Premyer Liqanı tərk etməyindən qorxmursunuz?

- Bu hisslər məndə də var. Əlbəttə, hər şey ola bilər. Çalışacağıq ki, bu çətin vəziyyətdən çıxaq. Qış fasiləsində elə də iddialı komanda qurmaq mümkün deyil. Bu il yaxşı nəticə əldə etmək üçün mübarizə aparacağıq. (Sportal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail