Aqil Məmmədov: "Daha güclü "Neftçi” görmək istəyiriksə heyəti mütləq gücləndirməliyik" - MÜSAHİBƏ

29.12.2015 | 2596 dəfə oxunub

"Neftçi” klubunun qapıçısı Aqil Məmmədovun Goal.Az saytına müsahibə verib. Aqil komandanın ilin son oyununda Gəncədə "Kəpəz”lə 1:1 hesablı heç heçə etməsindən və "Neftçi”nin hazırkı durumundan danışıb:

- İlin son oyununu Gəncədə "Kəpəz”ə qarşı keçirdiz...
- Əvvəlcə bütün azarkeşlərimizi və xalqımızı qarşıdan gələn yeni il bayramı münasibətiylə təbrik edirəm. Mövsümün bu hissəsi bizim üçün çox çətin keçdi. Həqiqətən çox çətindi. Bizdə çalışdıq ki, ilin son oyununda azarkeşlərimizə qələbə sevinci bəxş edək, amma alınmadı. Buraxdığımız qolda da səhv mənim idi. Sadəcə olaraq külək topun trayektoriyasını dəyişdi və qola mane ola bilmədim. Belə kollektivdə olduğum üçün çox xoşbəxtəm. Uşaqlar mənə dedilər ki, "sənin üçün oynayacağıq”. Fasilədən sonra çıxdılar mənim üçün oynadılar və məğlubiyyətdən qaça bildik. Hətta qələbə də qazana bilərdik, amma şanslardan yararlana bilmədik.
"Kəpəz”i və Şahi Diniyevi təbrik edirəm. Həqiqətən Şahin müəllim yaxşı kollektiv yaradıb. Meydanın durumunu və yaradılan, qaçırılan qol vəziyyətlərin nəzərə alsaq, elə ədalətli nəticə oyunun heç-heçə bitməsi idi.

- Əsgər Abdullayevin gəlişindən sonra komandada nə dəyişib?
- Mən məşqçilərin işi barədə nəsə danışmaq istəmirəm. Ancaq Əsgər müəllimin işi göz qabağındadır. O gələndən sonra komanda yüksəlmək istəyir. Bunu deməyə belə ehtiyac yoxdur. İnşAllah yanvardan sonra da daha güclü kollektivə sahib, daha güclü olan "Neftçi” görəcəksiz.

- Heyətiniz güclənəcək?
- Əlbəttə. Təbii ki, güclənməlidir. Daha güclü "Neftçi” görmək istəyiriksə heyəti mütləq gücləndirməliyik.

- Bəs iddianız nə olacaq?
- Həmişəki kimi birincilik uğrunda oynamaq. "Neftçi”ni birinci olmaqdan başqa heç bir nəticə qane etmir.

- Artıq gec deyilki bu?
- Xeyir! Heç bir şey itirilməyib və gec də deyil. Düzdü bizdə xal itiririk, amma nəzərə alaq ki, rəqiblər də xal itirəcək. Biz maksimum nəticə göstərsək heç bir şey itirilməyib.

- Amma bu da real görünmür axı...
- Həyatda hər şey mümkündü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail